Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/03/21 :  

Magistratura və doktorantura şöbəsi

Şöbə müdiri:   Əfəndiyev Sadiq Qəhrəman oğlu 

14 sentyabr 1978-ci ildə Qəbələ rayonunda anadan olub.

1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Mühəndis iqtisadiyyatı və idarəedilməsi fakültəsini bitirib. 2011-ci ildə Azərbaycan Texnologiya Universitetini istehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2011-2014-cü illərdə Azərbaycan Texnologiya Universitetində müəssisələrin təşkili və idarə edilməsi ixtisaslaşması üzrə doktorantura təhsili alıb.

1999-2013-cü illərdə ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub. 2014/2015-ci illərdə elm və təhsil sahəsi üzrə fəaliyyət göstərən ictimai birliklərdə çalışıb. 2015-ci ildən Azərbaycan Texnologiya Universitetində elmi-pedoqoji fəaliyyətini davam etdirməklə yanaşı Tədris şöbəsində inspektor, Gənc müəllimlərin yetişdirilməsi bölməsinin rəhbəri vəzifələrində çalışıb. Hazırda Magistratura və doktorantura şöbəsinin müdiridir.

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabitidir.

  • email: efendiyev@uteca.edu.az
  • tel: (022)257 08 83

                                                                              

Ə S A S N A M Ə S İ

  1. Ümumi müddəalar

         Magistratura və doktorantura şöbəsi Azərbaycan Texnologiya Universitetinin struktur bölməsi olmaqla fasiləsiz təhsil sistemində elmi və elmi-pedaqoji kadrların hazırlanmasının idarə edilməsini, nəzarəti və koordinasiyasını həyata keçirir.

         Magistratura və doktorantura şöbəsinin fəaliyyəti Təhsil sahəsində Azərbaycan Respublikasının Qanunu, ATU Nizamnaməsi, bu Əsasnamə və digər normativ-hüquqi sənədlərlə tənzimlənir.

         Şöbə bilavasitə elm və texnika üzrə prorektora tabedir. Şöbənin strukturu və ştat cədvəli rektor tərəfindən təsdiq edilir. Şöbəyə rektor tərəfindən təyin edilən və azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə rektorun əmri ilə yaradılır və ləğv edilir.

  1. Şöbənin əsas vəzifələri və funksiyaları

Magistratura üzrə:

  1. -şöbəyə daxil olan və şöbədən xaric edilən sənədlərin qeydiyyatını aparmaq;
  2. -ixtisasların dövlət standartlarının, işçi tədris planlarının hazırlanmasını və təsdiqini təmin etmək;
  3. -tədris yüklərini yoxlamaq və kafedralara tapşırıqlar vermək;
  4. -qəbul planlarını hazırlamaq;
  5. -qəbul olunma, xaric olunma, bərpa olunma, təhsil formasını dəyişmə, akademik məzuniyyət verilmə, bir təhsil ilindən digər təhsil ilinə keçmə, təqaüd verilmə haqqında əmrləri hazırlamaq;
  6. -tədrislə bağlı bütün statistik məlumatları hazırlamaq və aidiyyətı təşkilatlara göndərmək;
  7. -tədris planına uyğun dərslərin keçirilməsini təşkil etmək;
  8. -imtahanların keçirilməsinə, akademik borcların ləğvinə, dərsə davamiyyətə nəzarət etmək;
  9. -tərbiyə, tədris və elmlə bağlı bütün məsələlərdə iştirak etmək;
  10. -protokollardan, əmrlərdən çıxarışların və arayışların yazılmasını təmin etmək;
  11. -imtahan cədvəllərini hazırlamaq, sessiya imtahanlarını təşkil etmək;
  12. -magistrantların şəxsi işlərini formalaşdırmaq və yazmaq, onlarda müvafiq dəyişiklikləri, o cümlədən təltifləri və intizam tənbehlərini qeyd etmək;
  13. -cari saxlanma müddətləri başa çatmış sənədlərin arxivə verilməsini təmin etmək.

Doktorantura və dissertantura üzrə:

  • -şöbəyə daxil olan və şöbədən xaric edilən sənədlərin qeydiyyatını aparmaq;
  • -doktorantların (dissertantların) qəbul planlarını hazırlamaq;
  • -doktorant və dissertantlarla bağlı bütün statistik məlumatları hazırlayıb aidiyyətı təşkilatlara göndərmək;
  • -qəbul sənədlərini hazırlamaq;
  • -doktoranturaya qəbul müsabiqəsində sənədləri və protokolları tərtib etmək;
  • -qəbul olunma, xaric olunma, bərpa olunma, təhsil formasını dəyişmə, akademik məzuniyyət verilmə, bir təhsil ilindən digər təhsil ilinə keçmə, təqaüd verilmə haqqında əmrləri hazırlamaq;
  • -doktorant və dissertantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiq edilmə, təhkim olunma əmrlərini hazırlamaq;
  • -doktorluq imtahanlarının əmrlərini hazırlamaq və keçirilməsini təşkil etmək, doktorluq imtahanlarının verilməsi haqqında -vəsiqələri hazırlamaq;
  • -doktorant və dissertantların attestasiyadan keçmələrinə (bir təhsil ilindən digər təhsil ilinə) kafedralarla əlaqəli şəkildə nəzarət etmək və attestasiya əmrlərini hazırlamaq;
  • -kafedralara tapşırıqları vermək;
  • -protokollardan, əmrlərdən çıxarışların və arayışların yazılmasını təmin etmək;
  • -doktorant və dissertantların tədrisi və elmi yaradıcılıq fəaliyyətinə aid olan bütün məsələlərdə iştirak etmək;
  • -elmi-praktiki konfransların keçirilməsini təşkil etmək;
  • -doktorantların dərs cədvəllərini tərtib etmək və tədrisə nəzarət etmək;
  • -doktorantların şəxsi işlərini formalaşdırmaq və yazmaq, onlarda müvafiq dəyişiklikləri, o cümlədən təltifləri və intizam tənbehlərini qeyd etmək;
  • -cari saxlanma müddətləri başa çatmış sənədlərin arxivə verilməsini təmin etmək.
  1. Şöbənin hüquqları

         Magistratura və doktorantua şöbəsi aşağıdakı hüquqlara malikdir:

3.1. Elmi rəhbərlərdən, kafedra müdirlərindən, elmi tədqiqat institutlarının şöbə müdirlərindən və rəhbərliyindən magistrantların təlim göstəriciləri, imtahanlar, doktorant və dissertantların attestasiyası haqında məlumatların və sənədlərin, o cümlədən elmi-pedaqoji kadr hazırlığı və tələbələrin elmi-tədqiqat işləri barədə digər sənədlərin vaxtında şöbəyə təqdim edilməsini tələb etmək;

3.2. Mövcud norma və qaydaların pozulması ilə tərtib edilmiş sənədləri kafedra müdirlərinə, dekanlara, elmi tədqiqat institutlarının şöbə müdirlərinə və rəhbərlərinə qaytarmaq;

3.3. Səlahiyyətləri çərçivəsində xidməti yazışmalar aparmaq;

3.4. Magistratura təhsili üzrə yeni təhsil proqramlarının açılması və ya mövcud proqramların təkmilləşdirilməsi, elmi-pedaqoji kadr hazırlığı və tələbələrin elmi-tədqiqat işlərinin təşkili barədə universitet rəhbərliyi qarşısında məsələ qaldırmaq və təkliflər vermək;

3.5. Şöbənin fəaliyyəti ilə əlaqədar məsələlərin müzakirəsində iştirak etmək.

4. Şöbənin məsuliyyəti

4.1. Şöbə müdiri şöbə tərəfindən şöbəyə aid bu Əsasnamə ilə müəyyən edilən vəzifə və funksiyaların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, magistratura və doktorantura səviyyələrində elmi-pedaqoji kadr hazırlığının, təlim tədris prosesinin təşkili, təhsilin keyfiyyəti və idarə olunması, fərdi məlumatların qorunub saxlanılması və konfidensiallığı üzrə biavasitə məsuliyyət daşıyır.

4.2. Şöbənin əməkdaşlarının məsuliyyəti onların vəzifə təlimatları ilə müəyyən edilir.

Yuxarı
  • Developed by: Ayaz Askerov