Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Elektron xidmətlər və informasiya şöbəsi

 Şöbənin müdiri :    Ağayev Nicat Qabil oğlu 

1990-cı ildə Gəncə şəhərində anadan olub. 2006-cı ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakultəsinə qəbul olub. 2010-cu ildə həmin universiteti bitirib. 2010-2011-ci illərdə hərbi xidmətdə olub. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə magistr təhsili almağa başlayıb. 2013-cü ildə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2013-2014 –cü illərdə Çinin Anxoy Universitetində çin dili ixtisası üzrə təhsil alıb. Bir çox xarici konfrans və proqramlarda iştirak edib. 2011-2013-cü illərdə Dövlət İdarəçilik Akademiyasında TGT-nin Təftiş Komissiyasının üzvü, fərqli sahələrdə reallaşdırılan layihələrin koordinatoru və rəhbəri olub. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsində fərqli vəzifələrdə çalışmışdır. 2018-ci ilin fevral ayından Azərbaycan Texnologiya Universitetində Ümumi şöbənin müdiri vəzifəsində, martın 28- dən "Elektron xidmətlər və informasiya şöbəsi" - nə müdir təyin olunmuşdur.

Şöbənin iş prinsipi:

Elektron xidmətlər və informasiya şöbəsi Azərbaycan Texnologiya Universtetinin tərkibində fəaliyyət göstərən funksional struktur bölmədir. Şöbə öz fəaliyyətində qüvvədə olan qanunvericilik və normativ-hüquqi aktları, UTECA-nın nizamnaməsini və  şöbənin əsasnaməsini rəhbər tutur.

Elektron xidmətlər və informasiya şöbəsinə rəhbərliyi müdir həyata keçirir və şöbənin fəaliyyətini təşkil edir.

Elektron xidmətlər və informasiya şöbəsi infrastrukturun inkişafını, təhsil sistemində  elektron idarəetməni, müəllimlərin elektron bacarıqlarının artırılmasını, elektron təhsilin  tətbiqi və normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətlərində çalışır. Universitetdə bununla əlaqədar informasiya təchizatına diqqət artırılmış, 3 il ərzində 100-ə yaxın müasir kompüter və digər  avadanlıqlar  alınmış. İlk növbədə tədris prosesinin təşkilində  multimedya vasitələrinin tətbiqi genişlənmişdir. Dillər kafedrasında kompüterləşdirilmiş  linqofon otağı, İnformatika kafedrasında informatika laboratoriyaları yaradılmışdır. Hal-hazırda universitet üzrə xüsusi  Kompüter Resurs Mərkəzi fəaliyyət gostərir və həmin mərkəzdən universitetin əməkdaşları, tələbələr mütəmadi olaraq istifadə edirlər.

  • Əsas funksiyaları aşağıdakılardır:
  • -Elektron sənəd dövriyyəsi sisteminin qurulmasını, təşkilini və fəaliyyətini həyata keçirmək;
  • -Daxil olan sənədləri qəbul etmək, elektron olaraq qeydə almaq, aidiyyatı üzrə bölüşdürmək və icraçılara çatdırmaq;
  • -Sənədlərin icra müddətinə, tələblərə uyğun tərtibinə və arxivləşdirilməsinə nəzarət etmək;
  • -Saytların tərtibi, xəbər və elanların yerləşdirilməsi, korporativ emaillərin açılması;
  • -Tələbə və əməkdaşlara turniket kartlarının verilməsi;
  • -Universitet  struktur bolmələrinin məlumatlarının baza sisteminə yüklənməsi;
  • -UTECA - nın dizayn işləri (buklet, poster, diplom, sertifikat və s.); 
  •  
  •            Şöbə öz işini UTECA-nın digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə qurur.
  •  

Hazırda  şöbənin kadr tərkibi aşağıdakı kimidir:  

  •          1. İlyasova Aynur Fərrux qızı                      - İnformasiya üzrə müdir müavini;
  •          2. Nofəl Hacıyev Firuddin oğlu                   -  Elektron xidmətlər üzrə müdir müavini;
  •          3. Həsənov Faxrəddin Mehralı oğlu           - Texnoloji innovasiyalar üzrə mütəxəssis;
  •          4. Sadıqova Aynur Fərman qızı                  -  VEB – dizayner;
  •          5. Əliyeva İlhamə Rəfayıl qızı                      – İKT mütəxəssisi;
  •          6İbrahimli Rufanə Əzim qızı                       - İKT mütəxəssisi;
  •          7. Cəfərova Heyran Mehman qızı              –   Sənəd dövriyyəsi üzrə mütəxəssis;
  •          8. Bağırzadə Afaq Sahib qızı                      –   İnformasiya üzrə mütəxəssis;
  •          9. Əliyeva Jalə Şahin qızı                            -   İnformasiya üzrə mütəxəssis;
  •           10. Həsənova Günay Faiq qızı                    -   Baş operator;
  •          11. Əfəndiyeva Səadət Rüstəm qızı            –  Operator;
  •         

 

 

Yuxarı
  • Developed by: Ayaz Askerov