Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Tələbə Gənclər Təşkilatı

Son dəyişiklik:
  •  
  •  
  •  
  • İsmayıl Malik oğlu Hüseynli
  •  
  • 19 oktyabr 1998-ci ildə Goranboy şəhərində anadan olmuşdur. Goranboy şəhərində yerləşən 2 saylı tam orta məktəbi bitirərək 2015-ci ildə Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin “Muhasibat uçotu və audit” ixtisasına qəbul olmuşdur.
  • İlk təhsilini aldığı Goranboy şəhər 2 saylı tam orta məktəbində dəfələrlə məktəblilər arasında keçirilən yarışların qalibi olmuşdur.
  • 2015-ci ildən daxil olduğu Azərbaycan Texnologiya Universitetində I kursdan fəal tələbələr sırasına qoşulmuş və  2015-ci ildən ictimai fəaliyyətə başlamışdır. 2016-cı ildə keçirilən “Gəncə 2016 AGP” layihəsi üzrə şəhər birincisi, Azərbaycan Dövlət Pedoqoji universitetində keçirilən Nə? Harada? Nə zaman? Intellektual oyunu üzrə Respublika 3-cüsü olmuşdur.
  • “Təhsil Avtobusu” yay məktəbinin, Dünya Bankı tərəfində keçiriən “Maliyyə savadlılığın artırılması” layihəsinin, ”Canadian Consulting” şirkəti ilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən birgə keçirilən “Kənd İnvestisiya” layihəsinin iştirakçısı olmuş, Beynəlxalq Təlim və Layihə  Mərkəzinin “Cisco İT Essential” kurslarını müvəffəqiyyətlə başa vurmuşdur. Azərbaycan Texnologiya Universitetində yaradılan “Port Of Baku” komandasının üzvüdür.
  •  2017-ci ildən Azərbaycan Texnologiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri vəzifəsini icra edir. Bu vaxt ərzində Azərbaycan Texnologiya Universitetinin Tələbə Gənclər Təşkilatı Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov tərəfindən Təşəkkürnamə ilə, 2 fevral “Gənclər Günündə” Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən “Fəxri Fərmanla” təltif edilmişdir.

Təşkilatın əsas məqsəd və vəzifələri

 Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

Təşkilatın əsas vəzifələri aşağıdakılardır:

  • 1. Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
  • 2. Tələbələr arasında maarifləndirmə işinin aparılması;
  • 3. Tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
  • 4. Tələbələrin hüquqlarının təmin edilməsi;
  • 5. Respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
  • 6. Tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
  • 7. Tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
  • 8. Tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması
  • 9. Tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi;
  • 10. Tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi qarşısında vəsadətin qaldırılması;
  • 11. Təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması;
  • 12. Qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.
Yuxarı
  • Developed by: Ayaz Askerov