Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/07/12 : Azərbaycan Texnologiya Universitetind

Tədris işləri üzrə prorektor

İsmayılov Vüqar Ağamusa oğlu
Son dəyişiklik:

5 dekabr 1979-cu ildə Göyçay rayonunda anadan olub.

Bakı Dövlət Universitetindən 2001-ci ildə politologiya ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə idarəetmənin sosiologiyası ixtisası üzrə magistr dərəcəsi ilə məzun olub. 2013-cü ildə AMEA-nın İqtisadiyyat institutunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2017-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə İnzibati idarəetmə kafedrası üzrə dosent elmi adı alıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində “Azərbaycanda istehlak bazarının dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda iqtisadiyyat üzrə elmlər doktorluğu dissertasiyası üzərində iş aparır. 2018-ci  ilin yanvar ayında Tibilisi Açıq Universitetinin iqtisadiyyat sahəsi üzrə fəxri professoru adına layiq görülüb.

2011/2015-ci illərdə ali təhsil müəssisələrində müəllim, baş müəllim, şöbə müdiri vəzifələrində çalışıb. Elmi araşdırmalar yönündə fəaliyyət göstərən ictimai təşkilatlarda aparıcı vəzifələr tutub. 2015-ci il avqust ayının 5-dən Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində işləyir. Eyni zamanda elmi-pedaqoji fəaliyyətini davam etdirir.

30-dan çox elmi məqalə, 1 dərslik, 7 dərs proqramı və 7 dərs vəsaitinin müəllifidir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan zabitidir.

  • e.mail: v.ismayilov@uteca.edu.az
  • tel: (022) 257 65 48

 

Yuxarı
  • Developed by: Ayaz Askerov