Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/04/24 : Azərbaycan Texnologiya Un

Elm və Texnika üzrə prorektor

Yusifov Səbuhi Cəbrayıl oğlu
Son dəyişiklik:

.

13 iyul 1978-ci ildə Qəbələ rayonunda anadan olub

İndiki Bakı Mühəndislik Universitetindən dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi ilə məzun olub.

2012-ciildə AMEA-nın İqtisadiyyat institutunda “Yerli özünüidarəetmə mühitinin yaxşılaşdırılmasının iqtisadi məsələləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Hazırda AMEA-nın İqtisadiyyat institutunda “Fiskal əks mərkəzləşmə kontekstində Azərbaycanda büdcələrarası münasibətlərin təkmilləşdirilməsi” mövzusunda iqtisadiyyat üzrə elmlər doktorluğu dissertasiyası üzərində iş aparır.

2004/15-ci illərdə ali təhsil müəssisələrində müəllim, baş müəllim və tədqiqat mərkəzi müdiri vəzifələrində çalışıb. 2015-ci il avqustun 5-dən Azərbaycan Texnologiya Universitetinin elm və texnika üzrə prorektoru vəzifəsində işləyir. Eyni zamanda elmi-pedaqoji fəaliyyətini davam etdirir.

20-dən çox elmi məqalənin və 3 kitabın müəllifidir.

  • e.mail: s.yusifov@uteca.edu.az
  • tel: (022)257 35 78

.

Yuxarı
  • Developed by: Ayaz Askerov