Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/10/15 : 9-11 oktyabr 201

Xəbərlər

Universitet-sənaye əlaqələri mövzusunda seminar keçirilib
Dərc edən: Admin Tarix: 2017-12-20

Azərbaycan Texnologiya Universitetində (ATU) İnzibati idarəetmə kafedrasının təşkilatçılığı ilə “Qərb bölgəsində istehlak mallarına olan tələbatın öyrənilməsi, elmi əsaslarla təklif və tövsiyələrin hazırlanması” mövzusunda seminar keçirilib. Seminarda kafedranın Müştəriyə Yönəlmə Proqramı çərçivəsində “DİNCER&ÇARÇIOĞLU” Azərbaycan-Türkiyə şirkəti ilə birgə həyata keçirdiyi tədqiqat işinin nəticələri müzakirə olunub.

Tədbridə çıxış edən ATU-nun elm və texnika üzrə prorektoru bu cür əməkdaşlıq əlaqələrinin hər iki tərəf üçün səmərəsindən danışıb. O, qeyd edib ki, müəssisələrlə birgə həyata keçirilən elmi tədqiqatlar tələbələrin daha yaxşı mütəxəssislər kimi yetişməsinə də müsbət təsir edir. İnzibati idarəetmə kafedrasının müdiri Füzuli Məmmədov isə bildirib ki, bu cür tədqiqatların əsas məqsədi respublikamıza idxal olunan qıda məhsullarının həcmini minimuma endirmək və yerli sənaye məhsullarının istehsalını artırmaqdır.

Qida mühəndisliyi və ekspertiza kafedrasının baş müəllimi Ulduz Babayeva mövzu üzrə təqdimatla çıxış edib. O, qeyd edib ki, elmi-tədqiqat işi iki mərhələdən ibarət olmaqla 2 il üçün nəzərdə tutulub. Universitet əməkdaşları 1-ci il üçün həmin müəssisənin idxal etdikləri məhsulların keyfiyyətini müəyyən edib və əhalinin həmin məhsullara olan təlabatın öyrənib. Bunun üçün  ekspert qrupu yaranıb, prosesə bakalavriat, magistrant və doktorantlar cəlb olunub. Aparılan işin müqabilində sifarişçi təşkilat universitetə maliyyə vəsaiti ödəyib.

Seminarda iştirak edən “DİNCER&ÇARÇIOĞLU” Azərbaycan-Türkiyə şirkətinin Gəncə üzrə nümayəndəsi Rizvan Bayramov da universitetlə əməkdaşlığın səmərəsindən bəhs edib.

 

 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov