Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

UTECA-da 20 yanvar hadisələri anılıb
Dərc edən: Admin Tarix: 2018-01-19

Azərbaycan Texnologiya Universitetində (UTECA)  20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə UTECA-nın həyətindəki Şəhidlər abidəsini ziyarət edib. Universitetin şəhid məzunlarının xatirəsinə ucaldılan abidənin önünə tər güllər qoyan tədbir iştirakçıları onların timsalında Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçənlərin xatirəsini ehtiramla yad ediblər. Tələbələr abidə önündə şəhidlərə həsr olunan şeirlər oxuyublar.

Qanlı Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunan dəyirmi masa da şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Sonra tələbələrin hazırladığı "Şəhidlər ölməz" adlı ədəbi-bədii kompozisiyanın videoçarxı nümayiş olunub. Tədbiri giriş sözü ilə açan UTECA-nın rektoru, professor Akif Süleymanov bildirib ki, 20 Yanvar Azərbaycanın azadlıq mübarizəsi tarixində şanlı səhifələrindən biridir. 28 il əvvəl müstəqillik və suverenlik uğrunda mübarizəsinə qalxmış xalqımızın başına gətirilən faciə bizə bir daha mübarizlik, dönməzlik ruhu aşıladı. Həmin müdhiş gecə Azərbaycanın müstəqilliyi uğrunda meydanlara çıxan dinc əhaliyə, soydaşlarımıza qarşı ən amansız və dəhşətli cinayət törədildi. 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Totalitar sovet rejimi bu faciəni törətməklə özünün cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Lakin bu dəhşətli cinayət və axıdılan nahaq qanlar xalqımızın mübarizə əzmini qıra bilmədi. Əksinə, 20 Yan­var yenidən özü­mü­zü bir mil­lət ki­mi ta­nı­dı­ğı­mız və dərk et­di­yi­miz gün­ə çevrildi. 20 yanvar, həm də Azərbaycanın istiqlal yolunda fəth etdiyi ilk zirvələrdən oldu, xalqımızın milli-azadlıq ruhunun oyanış rəmzi kimi yaddaşlara həkk olundu.

Daha sonra çıxış edənlər də 20 Yanvar hadisələrinin mənəvi, siyasi, hüquqi aspektləri barədə məlumat verib, xalqımızın həyatında və yaddaşında dərin iz qoymuş faciənin nəticələrindən danışıb. Qeyd edilib ki, xalqımızın yaddaşında əbədi qalacaq 20 Yanvar şəhidlərinin qanı ilə Azərbaycanın müstəqilliyinə doğru yol açılıb. Faciədən bir gün sonra Ümummilli lider Heydər Əliyev təhlükə və təqiblərə baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək cəsarətlə Sovet rəhbərliyinə, kommunist rejiminə qarşı etirazla dolu bəyanat səsləndirib. Günahsız və silahsız vətəndaşlarımızın milli azadlığımız, suverenliyimiz uğrunda mübarizəyə qalxmasına ilk dəfə hüquqi-siyasi qiymət də Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz sürətlə inkişaf edib. 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov