Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/10/15 : 9-11 oktyabr 201

Xəbərlər

UTECA-nın “Elmi xəbərlər” məcmuəsi AAK-ın tövsiyyə etdiyi dövri elmi nəşrlərin siyahısına daxil edilib
Dərc edən: Admin Tarix: 2018-01-23

Azərbaycan Texnologiya Universitetinin (UTECA) dövri nəşr olunan “Elmi xəbərlər” məcmuəsi Azərbaycan Respublikası təhsil nazirinin 1096 saylı 30.11.2000–ci il tarixli əmrilə təsdiq edilib və ilk sayı 2004–cü ildə nəşr olunub. Müəyyən zaman ərzində fəaliyyəti qismən dayanan jurnalın nəşri 2015-ci ildən bərpa edilib, yeni tərkibdə redaksiya heyəti formalaşdırılıb. UTECA-nın təsis etdiyi “Elmi xəbərlər” məcmuəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əmri ilə 04 noyabr 2015 – ci il tarixli  4012 qeydiyyat nömrəsi ilə qeydə alınıb. Bundan sonra mənzil qərargahı Fransanın paytaxtı Paris şəhərində yerləşən ISSN (International Standard Serial Number) təşkilatından dövri nəşrlər üçün nəzərdə tutulan İSSN:2415-8194 beynəlxalq standart seriya nömrəsi alınıb. Eyni zamanda jurnalın journal.atu.edu.az veb  saytı hazırlanaraq istifadəyə verilib. İldə 4 nömrəsinin  nəşr olunması nəzərdə tutulan “Elmi xəbərlər” jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən № 6-Р nömrəli 31.03.2017 tarixli protokola əsasən “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilib və bu barədə məlumat qurumun rəsmi saytında yerləşdirilib. Jurnalın indiyədək nəşr olunan sayları journal.atu.edu.az saytında yerləşdirilib və elmlə maraqlanan hər bir nəfərin istifadə etməsi üçün  açıqdır.

Qeyd edək ki, məcmuənin təsis edilməsində əsas məqsəd nailiyyətlərimizi daha da genişləndirmək, ölkənin sosial-iqtisadi inkişafında elmi-tədqiqat işlərinin artan rolunu və əldə edilmiş nəticələri ölkə və beynəlxalq elmi ictimayyətin diqqətinə çatdırmaqdan ibarətdir. “Elmi xəbərlər” jurnalında universitet əməkdaşları ilə yanaşı digər ali məktəblər və elmi-tədqiqat institutlarının əməkdaşlarının məqalələri də nəşr olunub. 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov