Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/10/16 : 9-11 oktyabr 2018

Xəbərlər

Elmi Şuranın 5 saylı iclası keçirilib
Dərc edən: Admin Tarix: 2018-01-26

Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 5 saylı iclası keçirilib. Əvvəlcə ATU-nun rektoru, professor Akif Süleymanov Şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb. Sonra Ulduz Babayeva və Xədicə Məmmədovanı fəlsəfə doktoru elmi dərəcəsini alması, İmmi Əliyevanı isə ilin gənc peşəkar müəllimi seçilməsi münasibətilə kollketiv adından təbrik edib.

Sonra elm və texnika üzrə prorektor Səbuhi Yusifov keçiriləcək beynəlxalq və respublika miqyaslı konfranslar haqqında məlumat verib. Elmi katib Mətanət Əhmədova isə 2017/2018-ci tədris ilinin ikinci yarımili üçün universitet Elmi Şurasının iş planını müzakirəyə çıxarıb. Plan açıq səsvermə yolu ilə qəbul edilib.

Müxtəlif məsələlərin müzakirəsi zamanı Cəfərov Elmir Saleh oğlunun dosent elmi adı alması üçün AAK qarşısında vəsatətin qaldırılması, Tələbə Həmkarlar İttifaqı Komitəsi və YAP Gənclər Birliyinin sədrinə aylıq əmək haqqının verilməsi məsələləri müzakirə edilərək qəbul edilib. Həmçinin Elmi-texniki Şuranın yeni tərkibi təsdiq edilib, Mirzəyev Razil Tofiq oğlunun dissertasiya mövzusunun və rəhbərinin dəyişməsi, tədris vəsaitlərinin təsdiqi məsələləri həllini tapıb. Texnoparkın yaradılması ilə bağlı görülmüş işlər haqqında məlumat verilib.

Bununla da Elmi Şuranın 5saylı iclası yekunlaşıb.

 

 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov