Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/10/15 : 9-11 oktyabr 201

Xəbərlər

UTECA-da doktoranturaya qəbul imtahanları keçirilir
Dərc edən: Admin Tarix: 2018-02-08

Azərbaycan Texnologiya Universitetində (UTECA) doktorantura  və dissertanturaya qəbul imtahanları başlayıb. 8 ixtisas üzrə ayrılmış 11 yerə (1 yer elmlər doktoru, 10 yer fəlsəfə doktoru proqramı üçün) ümimilikdə 23 nəfər sənəd verib. Fəlsəfə doktoru proqramı üzrə 10 yerdən 4-ü əyani, 2-i qiyabi doktoranturanın, eləcə də 2-i büdcə hesabına, 2-i isə ödənişli dissertanturanın payına düşür. 


Artıq doktoranturaya qəbul üçün ilk yazılı ixtisas imtahanı keçirilib. “Əla” və “Yaxşı” qiymət alanlar fəlsəfə və xarici dil üzrə ikinci və üçüncü imtahanlarda iştirak etmək hüququ qazanıb. Həmçinin dissertanturaya qəbul üçün müsabiqə də artıq baş tutub. İmtahanlarda sənəd vermiş 23 nəfərdən 20-i iştirak edib. 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov