Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/10/15 : 9-11 oktyabr 201

Xəbərlər

UTECA-da atıcılıq yarışı keçirilib
Dərc edən: Admin Tarix: 2018-02-08

Azərbaycan Texnologiya Universitetində (UTECA) əməkdaşlar arasında atıcılıq yarışı keçirilib. Davamlı inkişaf və təhsil texnologiyaları mərkəzinin İdman bölməsinin təşkilatçılığı ilə universitetin idman zalında təşkil olunan yarışda iştirakçılar pnevmatik tüfəngdən atəş açmaqda məharətlərini sınayıb. Yarışın açılış mərasimində UTECA-nın rektoru, professor Akif Süleymanov çıxış edərək iştirakçılara uğurlar arzulayıb və qeyd edib ki, bu cür tədbirlər hər bir vətəndaşın döyüş hazırlığını artırmaq, vətənpərvərlik ruhunu yüksəltmək baxımından əhəmiyyət kəsb edir.

50-ə yaxın iştirakçının çıxış etdiyi yarışda 10 metr məsafədən hədəfi nişan almaq üçün hərəyə 3 atış gülləsi verlib. İqtisadiyyat və idarəetme fakültəsinin müəllimi Cavid Süleymanlı üç atışın cəmində 21 xal toplayaraq birinciliyi əldə edib. Liderdən cəmi 1 xal geri qalan İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin müdiri İmdat Quliyev ikinci olub. Maşın mühəndisliyi  və logistika kafedrasının müdiri Tofiq Qocayev isə 18 xal toplayaraq üçüncü nəticə göstərib

 
Yuxarı
  • Developed by: Ayaz Askerov