Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

Tələbəmiz Təhsil Nazirliyinin “Bir” Tələbə Könüllü proqramının qalibi olub
Dərc edən: Admin Tarix: 2018-02-10

Azərbaycan Texnologiya Universitetinin (UTECA) biznesin təşkili və idarə edilməsi ixtisasının IV kurs tələbəsi Tural Hüseynli Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Bir” Tələbə Könüllü Proqramı və ASAN Könüllüləri Təşkilatı “Könüllü” Tələbə təqaüd proqramının ölkə üzrə 22 nəfər qalibindən biri olub. O, qaliblər üçün nəzərdə tutulmuş 3000 manatlıq mükafat fondundan birdəfəlik təqaüd alacaq.

“Könüllü” Tələbə Təqaüd Proqramının büdcəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri Nadir Adilov tərəfindən yazılan “Gəncsən? Başla!” gənclər üçün şəxsi inkişaf kitabının satışından əldə edilən vəsait hesabına formalaşıb.

Ölkəmizdə nağdsız ödənişlərin təşviq edilməsi məqsədi ilə aparılan işlərə dəstək olmaq üçün birdəfəlik təqaüdlər tələbə-könüllülər üçün xüsusi bank kart hesabına köçürüləcək.

UTECA-nın tələbəsi Tural Hüseynli birdəfəlik təqaüdə Baku 2015 – Avropa Oyunları, İslam Oyunları, Bakı Şəhər Halqası Formula 1, IDEA İctimai Birliyi, ASAN Xidmət, İrəli İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Bir” Tələbə-Könüllü Proqramı, Sumqayıt Şəhər Məhkəməsi, Gəncə YAP GB kimi mötəbər müsabiqə və təşkilatlarda könüllülük fəaliyytəinə görə layiq görülüb. 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov