Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

UTECA-nın daha iki tələbəsi təhsilini Avropada davam etdirəcək
Dərc edən: Admin Tarix: 2018-02-14

Azərbaycan Texnologiya Universiteti (UTECA) ilə Polşanın Silesiya Texnologiya Universiteti arasında imzalanmış Erasmus+ sazişinə əsasən 2017/2018-ci tədris ilinin ikinci semestrində UTECA-nın 2 tələbəsi təhsilini bu ali təhsil ocağında davam etdirəcək. Bunlar Avtomatika, telekommunikasiya və informatika fakültəsinin kompyuter mühəndisliyi ixtisası üzrə bakalavriat II kurs tələbəsi Əli  Verdiyev, rabitə qovşaqları və kommutasiya ixtisası üzrə magistratura I kurs tələbəsi  Vüsal Abdullayevdir. Silesiya Texnologiya Universitetində bir semestrlik təhsili başa vurduqdan sonra tələbələr növbəti tədris ilinin I semetrində təhsillərini doğma universitetlərində davam etdirəcəklər.

Həmçinin UTECA ilə Türkiyənin Ondokuz Mayıs  Universiteti arasında imzalanmış sazişə əsasən bir tələbə Mevlana mübadilə proqramı çərçivəsində təhsilini bu ölkədə davam etdirəcək. UTECA-nın İqtisadiyyat və idarəetmə fakültəsinin mühasibat uçotu və audit ixtisası üzrə III kurs tələbəsi Azər Məmmədli artıq bir semestrlik Türkiyənin Ondokuz Mayıs Universitetində yola salınıb.

Polşaya yola düşəcək tələbələrlə görüşən UTECA-nın rektoru, professor Akif Süleymanov onlara təhsillərində uğurlar arzulayıb, həm universitetlərini, həm də ölkəmizi və xalqımızı layiqli təmsil etməyi tövsiyə edib.

Qeyd edək ki, mübadilə proqramları çərçivəsində xaricə göndəriləcək tələbələrin seçimi onların akademik göstəriciləri, ingilis dili bilik səviyyəsi və fərdi müsahibənin nəticələrinə əsasən aparılır.

Ümumilikdə indiyədək UTECA-nın 15 tələbə və 6 müəllimi Mevlana mübadilə proqramı çərçivəsində Türkiyə, 4 tələbə və 1 müəllimi isə Erasmus+ mübadilə proqramı çərçivəsində Avropa universitetlərində olub.

 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov