Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/12/14 : Azərbaycan Texnologiya Un

Xəbərlər

Elmi Şuranın 6 saylı iclası keçirilib
Dərc edən: Admin Tarix: 2018-02-24

            Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın növbəti - 6 saylı iclası keçirilib. İclası Elmi Şuranın sədri, rektor, professor Akif Süleymanov açaraq gündəlikdəki məsələləri elan edib. Gündəliyə aşağıdakı məsələlər daxil idi:

            1. Doktorantura və dissertanturaya qəbulun vəziyyəti haqqında.

            2. Qış imtahan sessiyasının nəticələri və təhsilin keyfiyyətinin yüksəldilməsi haqqında.

            3. Müxtəlif məsələlər.

            1-ci məsələ haqqında Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev çıxış edib. O, qeyd edib ki, doktoranturaya və dissertanturaya 23 nəfər sənəd verməsinə baxmayaraq, onlardan 11 nəfər imtahanlarda müvəffəqiyyət qazanıb. Bunun da əksəriyyəti universitetimizin əməkdaşıdır. Yaxşı haldır ki, fəlsəfə doktoru elmi dərəcəsi alandan sonra hər kəs elə burada da işlə təmin olunacaq.

            2-ci məsələ barədə Tədris şöbəsinin müdiri Piri Axundov hesabat verib. O, qış imtahan sessiyasının uğurlu nəticələrlə başa çatmasını və bu prosesdə heç bir neqativ hala yol verilmədiyini, əksinə, imtahanların şəffaf şəraitdə keçirilməsinə nail olunduğunu qeyd edib. Ötən tədris ilinin müvafiq dövrünə nisbətən keyfiyyət göstəriciləri yaxşılaşıb.

            Müxtəlif məsələlərlə əlaqədar çıxış edən Ulduz Bayeva tədris metodiki şurada ixtisaslar üzrə bir çox tədris proqramının, tədris vəsaitlərinin qeydiyyatdan keçdiyini bildirib. Səs çoxluğu ilə Elmi Şura onları təsdiq edib.

            Universitetin Mətbuat xidmətinin rəhbəri Rasim Əliyev bu strukturun fəaliyyəti barədə geniş məlumat verib. O, qeyd edib ki, universitetdə həyata keçirilən islahatlar, görülən işlər və baş verən yeniliklər mütəmadi olaraq respublika qəzetlərinə, telekanallara, internet saytlarına və sosial şəbəkələrə ötürülərək işıqlandırılıb. Universitetin sənaye müəssisələri, xarici ölkə ali məktəbləri ilə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib. Universitetdə çıxan «Texnoloq» qəzeti yeni ildən formatını dəyişib, tirajını 500-ə çatdırıb. Rasim Əliyev onu da bildirib ki, Mətbuat xidməti universitet daxilində bütün strukturların bir-biri ilə qarşılıqlı əlaqəsini, kollektivin informasiya təminatına, məlumatların operativ şəkildə yayılmasını ön plana çəkib.

            Universitetin bölgələrdə və bütövlükdə ölkədə tanınması üçün təbliğat kampaniyasının gedişi barədə danışarkən Rasim Əliyev deyib ki, bu kampaniya universitetin reytinqinin, tələbə kontingentinin artırılmasına xidmət edir. Təbliğat işlərində universitetlə şəhərimizdəki və bölgələrdəki  ümumtəhsil məktəbləri ilə əlaqələrin möhkəmləndirilməsi üçün  səmərəli metod və formalardan istifadə olunur.

            İclasda Mətbuat xidmətinin fəaliyyətinin və təbliğat kampaniyasının gedişinin səviyyəsini daha da yüksəltmək üçün faydalı təkliflər irəli sürülüb.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov