Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/12/14 : Azərbaycan Texnologiya Un

Xəbərlər

UTECA-da “Xocalım gözləyir bizi” adlı anım mərasimi keçirilib
Dərc edən: Admin Tarix: 2018-02-25

Azərbaycan Texnologiya Universitetində (UTECA) Xocalı faciəsinin 26 illiyinə həsr olunmuş “Xocalım gözləyir bizi” adlı soyqırım qurbanlarını anım mərasimi  keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbə kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə universitetin həyətindəki Şəhidlər abidəsini ziyarət ediblər. Akt zalında təşkil olunan anım mərasimi də Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın xatirəsinin yad edilməsilə başlayıb.

Anım mərasimini giriş sözü ilə açan rektor, professor Akif Süleymanov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xankəndində yerləşən 366-cı alayın köməyi ilə törətdiyi Xocalı soyqırımı və ermənilərin digər qanlı cinayətləri yaddaşlarımızdan heç vaxt silinməyəcək. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Xocalıda bircə gecədə öldürülmüş 613 nəfər arasında 106 qadın, 63 uşaq, 70 ahılın olması bunun sübutudur. Rektor qeyd edib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra məqsədyönlü işlər görülməyə başlayıb. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinə çatdırılması tədbirlərinə başlanıb.

Sonra Xocalı faciəsinin dəhşətlərini şahid ifadələri ilə təqdim edən qısa sənədli film nümayiş etdirilib.

Tədbirdə daha sonra çıxış edənlər də Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. Qeyd olunub ki, tək xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilmiş bu cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməli, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. 

Şəmkir hərbi birləşməsinin məsul vəzifə tutan zabiti çıxışında bildirib ki, ordumuz xalqımızın başına gətirilən bütün müsibətlərə layiqli cavab verməyə hər an hazırdır və bunu aprel döyüşlərində sübut edib.

Sonda tələbələrin ifasında Xocalı faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya və səhnəcik nümayiş etdirilib. 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov