Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/12/14 : Azərbaycan Texnologiya Un

Xəbərlər

UTECA tələbələrindən nəcib təşəbbüs
Dərc edən: Admin Tarix: 2018-02-28

Azərbacan Texnologiya Universtetində (UTECA) tələbələrin təşəbbüsü ilə xeyriyyə yarmarkası təşkil olunub. Gənclərin dağınıq skleroz xəstəliyindən əziyyət çəkən tələbə yoldaşları Emiliya Qasımovanın müalicəsinə dəstək olmaq üçün keçirdiyi xeyirxah aksiyaya müəllimlər də  təşkilati dəstək verib.

Xeyriyyə yarmarkasına tələbələr tərəfindən hazırlanan müxtəlif şirniyyatlar və digər yeyinti məhsulları, isti və soyuq içkilər, rəsm və maketlər kimi yaradıcılıq işləri çıxarılıb. Eləcə də tələbə və müəllimlərin hədiyyə etdiyi xeyli sayda kitab, bəzək əşyaları, telefon və kompyuter aksesuarları xeyirxah aksiyaya zamanı satışa çıxarılıb.

Yarmarkada iştirak edən universitet rəhbərliyi, tələbə əməkdaşlar müxtəlif məhsullardan almaq və göstərilən xidmətlərdən yararlanmaqla gənclərin nəcib təşəbbüsünə dəstək olublar.  Aksiya zamanı toplanan 2100 manat vəsait Emiliya Qasımovanın müalicəsi üçün vəsait toplamaq məqsədilə açılmış bank hesabına köçürülüb. 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov