Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/12/14 : Azərbaycan Texnologiya Un

Xəbərlər

Logistika sektorunun mütəxəssiləri UTECA tələbələrinə seminar keçib
Dərc edən: Admin Tarix: 2018-02-28

Azərbaycan Texnologiya Universitetində (UTECA) Logistika təlim-tədris mərkəzinin təşkilatçılığı ilə “Logistikanın funksiyaları, sistemləri, metodologiyası və konsepsiyaları” mövzusunda seminar keçirilib. Seminarda Şəmkir Aqropark Logistika mərkəzinin mütəxxəsssləri - direktor müşaviri Aqşin Sadıxov, İstehsalat və logistika rəhbəri Vüqar İmranov və laboratoriya müdiri Yusif Hacıyev tələbələrə sektorun günümzdə getdikcə artan əhəmiyyətindən, eləcə də nəzəri və praktik funksiyalarından danışıb.

UTECA-da keçirilmiş xüsusi imtahan nəticəsində formalaşmış 11 tələbədən ibarət “Port of Baku” komandasının üzvləri Şəmkir Aqropark Logistika mərkəzinin mütəxəssislərinə müxtəlif suallarla müraciət ediblər. Sualları cavablandıran mütəxəssislər tələbələri praktik təlimlər üçün Şəmkir Aqropark Logistika mərkəzinə dəvət ediblər.

Seminarda həmçinin UTECA-nın elm və texnika üzrə prorektoru dos. Səbuhi Yusifov, Maşın mühəndisliyi və logistika”kafedrasının müdiri, prof. Tofiq Qocayev də mövzu ilə bağlı çıxış edərək tələbələrin gələcəyin peşəkar logistika mühəndisi kimi yetişdirilməsi istiqamətində görülən işlərdən danışıblar.

Qeyd edək ki, UTECA-da Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının dəstəyi ilə yaradılan Logistika təlim-tədris mərkəzi mütəxəssis hazırlığı məsələsində  eyni zamanda Şəmkir Aqropark Logistika mərkəzi ilə də səmərəli əməkdaşlıq edir.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov