Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/12/14 : Azərbaycan Texnologiya Un

Xəbərlər

UTECA-da 8 mart hərbçi xanımlarla qeyd olunub
Dərc edən: Admin Tarix: 2018-03-08

Azərbaycan Texnologiya Universitetində (UTECA) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.  Tədbiri giriş sözü ilə UTECA-nın rektoru, professor Akif Süleymanov açaraq bu əlamətdar gün münasibəti ilə universitetdə çalışan qadınları təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Rektor bildirib ki, Azərbaycan qadını tarixin bütün dövrlərində olduğu kimi bu gün də ölkəmizin ictimai-siyasi həyatında mühüm rola sahibdir. Onlar bütün fəaliyyət sahələrində təmsil olunmaqla respublikamızda həyata keçirilən işlərdə aktiv iştirak edirlər.

Tədbirdə həmçinin qonaq qismində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları olan qadınlardan ibarət zabit və gizir heyəti iştirak edib. Hərbçi xanımlar "Cənab leytenant" mahnısını ifa ediblər. Daha sonra professor Akif Süleymanov zərif cinsin nümayəndələri olan hərbçilərə məsuliyyətli işlərində uğurlar arzulayıb, onlara fəxri fərman və gül hədiyyə edib. Bundan başqa universitetin fəaliyyətində fərqlənən 50 nəfər xanım əməkdaşı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təltif edilib. Rektor onlara təşəkkürnamə və gül təqdim edib.

Tədris işləri üzrə prorektor Vüqar İsmayılov isə öz çıxışında xanımları şeirlə təbrik edib.

Tədbirdə eyni zamanda tələbələr bir-birindən rəngarəng çıxışlar ediblər.  Onlar müxtəlif musiqilər ifa ediblər, rəqs etmək və şeir söyləmək bacarıqlarını nümayiş etdiriblər. Tələbələrin ərsəyə gətirdiyi qısa tamaşa isə tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb. 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov