Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/07/05 : Azərbaycan Texnologiya Universitetind

Xəbərlər

UTECA-da Novruz şənliyi keçirilib
Dərc edən: Admin Tarix: 2018-03-18
 

Azərbaycan Texnologiya Universitetində (UTECA) Novruzun gəlişi ilə əlaqədar bayram şənliyi təşkil olunub. Əvvəlcə UTECA-nın rektoru, professor Akif Süleymanov universitet kollektivini bayram münasibəti ilə təbrik edib. Rektor qeyd edib ki, xalqımızın bütün dəyərlərini özündə birləşdirən Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Əsrlərin sınağından çıxmış Novruz bayramının bu gün dövlət səviyyəsində keçirilməsi də bunun göstəricisidir.

Rektor Akif Süleymanov daha sonra universitetin həyətində təşkil olunmuş bayram süfrələrinə, sərgi və folklor nümayişlərinə baş çəkərək kollektivin üzvlərini Novruzun gəlişi münasibətilə təbrik edib. Bayram tonqalı alovlandırıldıqdan sonra kollektiv üzvləri onun ətrafında Yallı rəqsi edib.

Tədbirdə həmçinin universitet əməkdaşlarına bayram sovqatı paylanıb. Təhsil və fəaliyyətində fərqlənən bir qrup tələbə və əməkdaşa, eləcə də UTECA tərəfindən Gəncə məktəbliləri arasında keçirilmiş riyaziyyat və fizika olimpiadalarının qaliblərinə mükafatlar təqdim olunub.

 


 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov