Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

Elmi Şuranın 7-ci iclası keçirilib
Dərc edən: Admin Tarix: 2018-03-29

Azərbaycan Texnologiya Universitetində (UTECA)  Elmi Şuranın 7-ci iclası keçirilib. İclası Elmi Şuranın sədri, rektor professor Akif Süleymanov açaraq gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib. Gündəliyə aşağıdakı məsələlər daxil idi:

1.Davamlı İnkişaf və Təhsil Texnologiyaları Mərkəzinin hesabatı

2. Qida mühəndisliyi fakültəsində tədris, elmi-tədqiqat işlərinin və nizam-intizamın vəziyyəti

3. Müxtəlif məsələlər

Elmi Şuranın sədri, professor Akif Süleymanov Mexanika və metallurgiya kafedrasının əməkdaşı Rövşən Qasımova dosent  elmi adının verilməsi haqqında diplomu təqdim edərək təbrik edib. Sonra doktoranturada təhsilini davam etdirən Adil Tağıyevin dissertasiya mövzusu və elmi rəhbəri təsdiq edilib.

1-ci məsələ barədə Davamlı İnkişaf və Təhsil Texnologiyaları Mərkəzinin direktoru Fədai Əfəndiyev çıxış edib. O, 2017-ci ildə fəaliyyətə başlayan mərkəzin indiyədək gördüyü işlərdən danışıb. Bildirib ki, ötən müddətdə mərkəzdə həm xarici dillər üzrə kurslar təşki edilib, həm də müəssisələrlə birgə vaxtaşırı təlimlər keçirilib. Bu kurs və təlimlərdə xeyli  məktəbli və tələbə iştirak edib. “Karyeraya gedən yol” təlimində tələbələrimiz 3 startap layihəsi üzrə yüksək  nəticələr göstəriblər. İdman şöbəsinin əməkdaşları 8 idman növü üzrə bölmələr və komandalar yaradıb. Tələbə idmançılarımızın məsul yarışlarda iştirakı təmin olunub.

2-ci məsələ barədə İnzibati idarəetmə kafedrasının müdiri, professor Füzuli Məmmədov Qida mühəndisliyi fakültəsində 5 ixtisas üzrə kadr hazırlığında 4 kafedranın fəaliyyətini təhlil edib. Göstərib ki, fakültədə tədrisin keyfiyyəti artıb. Kafedralarda elmi dərəcəli əməkdaşların sayı 70-90 faiz  təşkil edir. 4 nəfər doktoranturada təhsil alır.

Professor F.Məmmədov Qida məhsullarının texnologiyası və ekspertiza, Ekologiya mühəndisliyi, Kimya mühəndisliyi və Keyfiyyət mühəndisliyi kafedralarının fəaliyyətində istehsalatla əlaqələrin möhkəmləndirilməsinə, texnoparkların yaradılması sahəsində ilkin nəticələrə diqqəti cəlb edərək onların uğurlarından, perspektivlərdən və mövcud problemlərdən bəhs edib.

Müxtəlif məsələlər barədə çıxış edən Z. Əliyev, U. Babayeva və U. Həsənov yeni elektron xidmətlər və kordinasiya şöbəsinin yaradılması, tədris-metodiki vəsaitlərin təsdiq edilməsi və kitabxananın fəaliyyəti haqqında danışıblar.     

 
Yuxarı
  • Developed by: Ayaz Askerov