Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/12/14 : Azərbaycan Texnologiya Un

Xəbərlər

Soyqırım qurbanları UTECA-da yad edilib
Dərc edən: Admin Tarix: 2018-03-31

Azərbaycan Texnologiya Universitetində (UTECA) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, mövzuya aid videoçarx nümayiş etdirilib. Sonra UTECA-nın rektoru, professor Akif Süleymanov ermənilərin xalqımıza qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırımı və işğalçılıq siyasəti barədə məlumat verib. O bildirib ki, iki yüz ildən artıqdır ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı ardıcıl soyqırımı və təcavüz siyasəti aparılır. Ermənilərin ölkəmizə qarşı mənəvi, ideoloji basqınları, məkrli planları bu günədək davam edir. 1918-ci ildə erməni millətçiləri tərəfindən törədilmiş qanlı faciənin tarixi haqqında danışan rektor məhz Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” Fərmanının tarixin qaranlıq səhifələrinə işıq salmağa imkan verdiyini diqqətə çatdırıb. O qeyd edib ki, bu fərman uzun illər bundan əvvəl baş vermiş hadisələr barədə həqiqəti açıqladı, xalqın yaddaşını təzələdi, onu öz tarixi köklərinə, mənəvi-əxlaqi dəyərlərinə qaytardı. Azərbaycan dövləti azərbaycanlı əhaliyə qarşı soyqırımı və etnik təmizləmələr haqqında həqiqəti beynəlxalq ictimaiyyətə çatdırılmasının əsasını qoymuş oldu.

 

Daha sonra çıxış edənlər də qeyd edib ki, 100 il əvvəl törədilmiş mart qırğınları zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirib. Sonrakı günlərdə Şamaxı, Quba və digər yerlərdə on minlərlə azərbaycanlı qəddarlıqla öldürülüb, yaşayış məntəqələri, məscidlər, mədəniyyət abidələri yerlə-yeksan edilib. 1918-1920-ci illərdə Qarabağ, Qərbi Azərbaycan və digər bölgələrdə on minlərlə soydaşımız amansızlıqla qətlə yetirilib. 1988-ci ildə ermənilərin başladıqları müharibə nəticəsində də minlərlə həmvətənimiz öldürülüb, torpaqlarımızın 20 faizi işğal edilib, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.

 

Çıxışlarda qeyd olunub ki, erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırım siyasəti bu gün də davam etdirilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı faciəsi, Azərbaycan Respublikasının digər rayonlarının işğalı və onların ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırımının, Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsidir. Məhz bu həqiqətlər daim xatırlanmalı, soyqırım qurbanları yad edilməli, tarixi reallıqlar yetişməkdə olan nəslə çatdırılmalıdır. 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov