Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

UTECA-da məktəblilər üçün növbəti olimpiada təşkil olunub
Dərc edən: Admin Tarix: 2018-04-08

Azərbaycan Texnologiya Universitetində (UTECA) EDU Grata Təhsil Mərkəzinin tərəfdaşlığı, "Ofisait" şirkətinin sponsorluğu və Gəncə şəhər Təhsil İdarəsinin təşkilati dəstəyi ilə məktəblilər üçün İnformatika olimpiadası təşkil olunub. Olimpiadada Gəncə məktəblərinin 10 və 11-ci siniflərində oxuyan 150 şagird iştirak edib.

UTECA-nın  Avtomatika, informatika və telekommunikasiya fakültəsinin təşkil etdiyi olimpiadada rektor, professor Akif Süleymanov şagirdlər qarşısında cıxış edərək onlara gələcəyə dair faydalı tövsiyyələr verib, bilik yarışında uğurlar arzu edib. Sonra məktəblilər 1 saat ərzində 25 test sualına cavab verməklə bilik səviyyələrini müəyyən etməyə çalışıblar.

Olimpiada nəticələrinin qiymətləndirilməsi başa çatdıqdan sonra 1,2 və 3-cü yer tutan şagirdlər UTECA tərəfindən fəxri fərmanla və EDU Grata Təhsil Mərkəzi tərəfindən hədiyələrlə təltif olunacaq.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov