Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/12/14 : Azərbaycan Texnologiya Un

Xəbərlər

UTECA-da "Keyfiyyətə Nəzarət və Qiymətləndirmə Mərkəzinin yaradılması və inkişafı - ERASMUS+" layihəsi çərşivəsində tələbələr və pedaqoji heyət arasında sorğu keçirilib
Dərc edən: Admin Tarix: 2018-04-16

Azərbaycan Texnologiya Universiteti (UTECA) Avropa Komissiyası tərəfindən bu il qalib olmuş beynəlxalq "ERASMUS+" layihəsinin tərəfdaşı qismində çıxış edir. Layihənin xarici partnyorları Litva Sosial Elmlər Kolleci, İspaniyanın Alikante Universiteti, İsveç Texniki Universiteti və Birləşmiş Krallıq Universitetidir. UTECA-nın Bakı Biznes Universiteti ilə tərəfdaşlıq etdiyi  bu nüfuzlu layihə Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişafını nəzərdə tutur. Sözügedən "ERASMUS+" layihəsi cərcivəsində imzalanmış müqavilənin əsas məqsədi  Azərbaycanın ali təhsil müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişafıdır.

Layihənin uğurla həyata keçirilməsi üçün UTECA-nın tədris işləri üzrə prorektoru, dosent Vüqar İsmayılov, elm və texnika üzrə prorektoru, dosent Səbuhi Yusifovun rəhbərliyi və layihə heyətinin iştirakı ilə pedaqoji heyət və tələbələr arasında sosioloji sorğu keçirilib. Sorğu layihənin iş planına əsasən aparılıb.

42 sualdan ibarət sorğuya universitetin 4 fakültəsindən təhsilin bakalavriatura, magistratura və doktorantura pilləsində təhsil alanlar, eləcə də bir sıra inzibati işçilər cəlb olunub. Sorğu fakültələrin kompüterlərlə təchiz olunmuş auditoriyalarında layihənin heyət üzvlərinin müşayiəti ilə keçirilib. Sorğuda tələbələr və pedaqoji heyətin iştirakı tamamilə obyektiv və şəffaf prinsiplər əsasında həyata keçirilib.

 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov