Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/10/15 : 9-11 oktyabr 201

Xəbərlər

Şəki məktəbliləri UTECA-da olub
Dərc edən: Admin Tarix: 2018-04-18

Şəki şəhərində yerləşən orta məktəblərin sonuncu siniflərində təhsil alan şagirdlər Azərbaycan Texnologiya Universitetinə (UTECA) səfər edib. “Şəki” Hazırlıq Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirə Oğuz, Qəbələ və İsmayıllıdan olan məktəblilər də qatılıb.

Əvvəlcə prorektorlar Vüqar İsmayılov və Səbuhi Yusifov şagirdlərə universitet haqqında ətraflı məlumat veriblər. Sonra qonaqlar universitetin auditoriya, laboratoriya və təlim mərkəzləri ilə əyani tanış olublar. Logistika təlim-tədris mərkəzində, Tikiş məmulatları istehsalının tədris-istehsalat laboratoriyasında, Dequstasiya otağında, "Barama" sahibkarlıq və innovasiya mərkəzinin UTECA-dakı regional ofisində məktəblilərə bu bölmələrin fəaliyyəti, mütəxəssis hazırlığındakı rolu barədə geniş məlumat verilib, onların sualları cavablandırılıb.

Sonda qonaqlar rektor, professor Akif Süleymanovla görüşüb. Rektor gənclərə ölkəmizdəki hazırki iqtisadi inkişafın istiqamətləri və buna müvafiq olaraq yaranan kadr tələbatı haqqında danışıb. O, qeyd edib ki, sayı sürətlə artmaqda olan yeni emal və istehsalat müəssisələri mühəndis-texnoloqlara ehtiyacı da durmadan artırır. Gələcəyin mütəxəssisləri isə bu amili mütləq nəzərə almalı, ölkə iqtisadiyyatının qeyri-neft istiqamətinin inkişaf etdirilməsində fəal rol oynamalıdırlar.

Görüşün sonunda “Şəki” Hazırlıq Mərkəzinin direktoru Şöhrət İbadov rektor Akif Süleymanova üzərində Azərbaycan Texnologiya Universitetinin adı yazılan Şəki halvası təqdim edib. 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov