Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

UTECA rəsmiləri “Erasmus+” layihəsinin plenar görüşlərinə qatılıb
Dərc edən: Admin Tarix: 2018-04-28

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramı çərçivəsində "Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi" layihəsinin birinci plenar görüş və seminarları keçirilib. Tədbirdə Azərbaycan Texnologiya Universitetini (UTECA) elm və texnika üzrə prorektor Səbuhi Yusifov, Elm və xarici əlaqələr mərkəzinin direktoru Tacəddin Bayramov təmsil edib.

Tədbiri layihənin koordinatoru qismində çıxış edən Bakı Biznes Universitetinin rektoru İbad Abbasov açıq elan edərək iştirakçıları salamlayıb. Sonra iştirakçılara Böyük Britaniya, İsveç, İspaniya, Litva universitetlərinin nümayəndələri tərəfindən təlimlər keçilib, layihənin fəaliyyət planı, maliyyə və idarəetmə məsələləri müzakirə olunub.

Tədbirin ikinci hissəsində Azərbaycanın paytaxt və region universitetlərinin təmsilçiləri öz universitetləri haqqında prezentasiyalarını təqdim ediblər. UTECA-nın elm və texnika üzrə prorektor Səbuhi Yusifov da təmsil etdiyi universitetdə indiyədək sözügedən layihə ilə bağlı görülən işlər haqqında məlumat verib.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov