Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

UTECA tələbələrinin startapı ölkə finalına çıxıb
Dərc edən: Admin Tarix: 2018-04-29

Azərbaycan Texnologiya Universitetində (UTECA) 10-11 mart tarixlərində Sosial İnnovasiya Laboratoriyası ilə birgə təşkil olunan Startap düşərgəsində 6 ideya arasına qalib qələn "Ot Milk" layhəsi ölkə üzrə keçririlən “Climate Launchpad " akselerator və inkubasiya proqramına çıxış hüququ qazanıb.

Azərbaycan üzrə 83 komanda tərəfindən təqdim edilən ideyalar arasında müsahibəsiz  seçilən "Ot Milk" startapı artıq “Climate Launchpad” proqramı şərçivəsində təşkil olunan Frans Nautanın ikigünlük startap düşərgəsində də təqdim edilib. İdeyanın müəllifləri bundan sonra da proqramda iştirak edən digər komandalarla birgə ölkə finalına qədər həftədə bir sessiya olmaqla 10 həftəlik intensiv "National Coaching" sessiyalarına qatılacaq. Sessiyalarda təlimçilərin dəstəyi ilə ideyaları təkmilləşdirmək yolları müzakirə olunacaq. 30 iyun tarixində ictimaiyyətə açıq formada 250 nəfərin iştirakı ilə keçiriləcək Azərbaycan finalında layihələr 5 üzvdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Ən yüksək bal almış 3 komanda ölkəmizi noyabr ayında Şotlandiyada 40-dan çox ölkənin iştirakı ilə keçiriləcək "Grand Finale"da təmsil edəcək. Burada startaplar beynəlxalq investorlar və işadamlarının da daxil olduğu min nəfərlik kütlə qarşısında təqdim ediləcək.

"Grande Finale"ın qalibi olmuş ən yaxşı 10 komanda ideyalarını reallaşdırmaq üçün 95000 avro investisiya əldə edəcək və İsveçrədə kiçik layihələrin böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC" akselerator proqramına qəbul olunacaqlar. Bundan başqa, "Grand Finale"da qalib layihələrdən birinciyə 10.000, ikinciyə 5.000, üçüncüyə 2.500, həmçinin fərqli mövzu üzrə qaliblərin hər birinə 5000 avro pul mükafatı veriləcək.

Qeyd edək ki, "Ot Milk" layhəsinin məğzi qida təhlükəsizliyini, təbii qidalanmanı nəzərə alaraq təbii alternativ süd hazırlamaqdan ibarətdir. Bu məhsul  bir neçə problemin həlli üçün nəzərdə tutulub. Belə ki, körpələrin ana südündən əlavə tam təbii qidalanması, heyvan mənşəli süd içə bilməyən, belə südə qarşı allergik reaksiya göstərən insanları, veganları alternativ organik südlə təmin etmək startapın əsas məqsədidir. Hazırlanacaq məhsulun tullantısız və tam təbii olması, qidalılıq dəyərinin yüksəkliyi əsas cəlbedici xüsusiyyətlərdəndir.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov