Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/10/15 : 9-11 oktyabr 201

Xəbərlər

NRYTN-nin mütəxəssisləri UTECA tələbələrinə təlim keçib
Dərc edən: Admin Tarix: 2018-05-01

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzinin mütəxəssisləri tərəfindən Azərbaycan Texnologiya Universitetinin (UTECA) tələbələrinə seminar keçilib.

Mərkəzin direktoru Rauf Cabbarov regionlarda təhsil alan tələbələrin İT sahəsi üzrə biliklərinin artırılması, bacarıqlarının inkişafı perspektivlərindən danışıb, bu sahənin onların gələcək karyeralarındakı önəmini vurğuyıb. Daha sonra mərkəzin əməkdaşları tərəfindən elektron hökumət həlləri, İKT üzrə təlim imkanları, beynəlxalq sertifikasiya proqramları, tələbələr üçün karyera imkanları və sosial layihələr barədə təqdimatlar nümayiş etdirilib.

Tədbirdə həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, “Microsoft” şirkəti ilə birgə keçirdiyi, Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Microsoft” şirkətinin təşkilatçısı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və “Azercell” şirkətinin tərəfdaşı olduğu “İdeyadan biznesə” adlı startap turu barədə də tələbələrə məlumat verilib, universitetin tələbələri və müəllim heyəti ilə müzakirələr aparılıb.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov