Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/10/15 : 9-11 oktyabr 201

Xəbərlər

Elmi Şuranın 8-ci iclası keçirilib
Dərc edən: Admin Tarix: 2018-05-01

Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın 8-ci iclası keçirilib. İclasın gündəliyində iki  məsələ dururdu:

1. Yaz imtahan sessiyasına hazırlığın vəziyyəti,

2. Yüngül sənaye mühəndisliyi və logistika fakültəsində tədris, elmi-tədqiqat işlərinin və nizam-intizamın vəziyyəti.

Elmi Şuranın sədri, rektor, professor Akif Süleymanov əvvəlcə Ali riyaziyyat və fizika kafedrasının dosenti Sadıq Mustafayevi 80 illik yubileyi münasibəti ilə iclasın iştirakçıları adından təbrik edib.

Birinci məsələ barədə Tədris şöbəsi müdirinin müavini Gülnaz Hüseynova  çıxış edərək sessiyaya hazırlıq tədbirlərindən danışıb. O, qeyd edib ki, imtahanların uğurla keçirilməsi üçün monitorinq komissiyası, nəticələri kodlaşdıran işçi qrupu, apellyasiya komissiyası yaradılıb. Sessiya müddətində valideynlərin və KİV nümayəndələrinin imtahaları izləməsi üçün media qrupu, «Qaynar xətt» fəaliyyət göstərəcəkdir. Məsləhət saatlarının vaxtı və yeri müəyyən edilib. Nəzarətçilərlə seminarlar keçirilib.

İkinci məsələ haqqında məlumat verən Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri, professor Əhəd Nəbiyev Yüngül sənaye mühəndisliyi və logistika fakültəsində tədris, elmi-tədqiqat işlərinin və nizam-intizamın vəziyyətini təhlil edib. Bildirib ki, fakültədə 6 ixtisas üzrə 308 nəfər bakalavr təhsili alır. Burada tədrisin keyfiyyətini təmin  etmək üçün mühəndis-pedaqoji heyəti öz potensialından səmərəli istifadə etməyə çalışır. Kafedralarda elmi dərəcəsi olan  əməkdaşların sayı artmaqdadır. Bəziləri doktoranturada təhsilini davam etdirir. Əməkdaşlar elmi-metodiki işlərə böyük diqqət yetirir, tədris proqramları tərtib edir, dərs vəsaitləri, elmi məqalələr yazıb çap etdirirlər. Tələbələrin, eləcə də kafedraların universitet kitabxanası ilə əlaqələri möhkəmləndirilir. Mühazirə mətnlərinin və onların elektron variantlarının kitabxanaya verilməsinə məsuliyyətlə yanaşılır. Bununla yanaşı professor Ə. Nəbiyev işdə olan bəzi nöqsanları diqqətə çatdırıb və iradlarını bildirib. O, tələbələr arasında 8 sual ətrafında aparılan sorğuların nəticələrindən də danışıb.

İclasda müxtəlif məsələlər də müzakirə olunub. Prorektorlar  V.İsmayılov və S.Yusifov eləcə də əməkdaşlar U. Babayeva, S. Əfəndiyev, M. Əhmədova öz çıxışlarında tələbələrin biliyinin qiymətləndirilməsinə dair təkliflər, yeni struktur vahidlərinin yaradılması, doktoranturada təhsil alanların mövzularının və elmi rəhbərlərinin, eləcə də  tədris vəsaitlərinin təsdiq edilməsi barədə danışıblar.

Elmi Şura üzvləri Yüngül sənaye mühəndisliyi kafedrasının əməkdaşı, texnika elmləri doktoru Cahangir Hacıyevi professor vəzifəsinə seçiblər. Eləcə də kafedranın baş müəllimi Hüsnü Kərimovun fəlsəfə doktorluğu üzrə dissertasiya işinin ilkin müzakirəsi təsdiq edilib.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov