Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

UTECA-nın tələbə futbolçuları şəhər çempionu olub
Dərc edən: Admin Tarix: 2018-05-04

Gəncə Olimpiya İdman Kompleksində futzal üzrə şəhər spartakiadası keçirilib. Həm oğlanlar, həm də qızlar arasında baş tutan yarışda Gəncədəki 3 univerisitetin tələbələrindən ibarət komandalar iştirak edib.

Azərbaycan Respublikasının qurucusu və memarı, xalqın xilaskarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş yarış Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb. Azərbaycan Texnologiya Universitetinin (UTECA) oğlanlardan ibarət komandası çempionatda uğurlu nəticəyə imza atıb. UTECA kollektivi ilk olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) komandasına böyük hesabla qalib gəlib - 5:1. Növbəti qarşılaşmada isə Gəncə Dövlət Universitetinin (GDU) kollektivi ilə üz-üzə gələn texnoloqlar 6:3 hesabı ilə qalib gələrək baş mükafata sahib olublar. Komandamızın heyətində Camal Atayev keçirdiyi görüşlərdə toplamda 7 qol vurmaqla çempionatın bombardiri olub. Qapıçı Fərid İsayev isə debüt yarışındaca inamlı təsir bağışlayaraq ən yaxşı qolkiper seçilib.

Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov qalib tələbələri təbrik edib, onlara diplom təqdim edib.  

 
Yuxarı
  • Developed by: Ayaz Askerov