Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

Kafedralarda tədrisin aktual məsələləri müzakirə olunub
Dərc edən: Admin Tarix: 2018-05-04

Azərbaycan Texnologiya Universitetində (UTECA) rektor, professor Akif Süleymanovun tapşırığına əsasən kafedralarda tədrisin təşkili məsələlərinin müzakirə olunduğu iclaslar keçirilib. Tədris işləri üzrə prorektor, dosent Vüqar İsmayılovun sədrliyi ilə keçirilən iclaslarda əvvəlcə kafedra müdirlərinin illik hesabatları dinlənilib, görülmüş işlər və qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb.

İclaslarda həmçinin tədris prosesində keyfiyyətin yüksəldilməsi, açıq dərslərin təşkili, gənc müəllimlərin hazırlığının artırılması, dərs vəsaitləri və fənn proqramlarının müasirləşdirilməsi, impakt faktorlu beynəlxalq elmi nəşrlərdə məqalələrin dərcinin stimullaşdırılması məsələləri müzakirə olunub. Eləcə də yaz imtahan sessiyasına hazırlıq, tələbələrin biliyinin qiymətləndirilməsində yeni yanaşmanın tətbiqi, aralıq imtahanlar üçün sualların təkmilləşdirilməsi və universitetin saytında yerləşdirilməsinə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, tədrisin və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi üçün atılmalı olan ən vacib addımlardan biri də universitet-valideyn-müəllim üçbucağının işlək modelinin yaradılması və davamlılığının təmin olunmasıdır.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov