Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/10/15 : 9-11 oktyabr 201

Xəbərlər

KOSİA-nın icraçı direktoru Orxan Məmmədov: Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa böyük əhəmiyyət veririk
Dərc edən: Admin Tarix: 2018-05-06

Gəncədə Azərbaycan Texnologiya Universitetinin (UTECA) təşkilatçılığı ilə keçirilən II Milli Sənaye Mühəndisliyi Forumunda iştirak edən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Sahibkarılığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov mövzu ilə bağlı çıxış edib. O, bildirib ki, Azərbaycanda sənaye potensialının yüksəldilməsi üçün elmi-innovativ biznes ideyalarının istehsalata tətbiqi vacibdir. İcraçı direktorun sözlərinə görə, sahibkarlığın inkişafı üçün daha əlverişli biznes mühiti yaratmağın ilkin şərti kiçik və orta sahibkarlığın iqtisadiytda rolu və  rəqabətqabiliyyətliliyinin artırılmasıdır. Rəhbərlik etdiyi agentliyin bu istiqamətdə silsilə iş aparacağını da deyən Orxan Məmmədov elm və ali təhsil ocaqları ilə əməkdaşlıq edəcəklərini də bildirib. O, qeyd edib ki, rəhbərlik etdiyi dövlət qurumu bu baxımdan şəffaf və müasir idarəetmə sisteminə malik Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq etməkdə maraqlıdır. Forumda Kiçik və Orta Sahibkarılığın İnkişafı Agentliyi və Azərbaycan Texnologiya Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov