Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/10/16 : 9-11 oktyabr 2018

Xəbərlər

UTECA tələbələri Şəmkir Aqroparkın Logistika Mərkəzində olub
Dərc edən: Admin Tarix: 2018-05-22

Azərbaycan Texnologiya Universitetinin (UTECA) tələbələrindən ibarət  “Port of Baku” komandası tərtib edilmiş tədbirlər planına əsasən Şəmkir Agroparkın Logistika Mərkəzinə səfər ediblər. Müəssisənin fəaliyyəti haqqında geniş məlumat almaq imkanı qazanan tələbələrin bəzi suallarına yerində aydınlıq gətirilib.

Əvvəlcə Logistika Mərkəzinin direktor müşaviri Aqşin Sadıxov müəssisə haqqında geniş məlumat verərək qeyd edib ki, Şəmkir Agropark sifarişçinin tədarük zəncirinin idarə edilməsində logistik əməliyyatlar rolunu öz üzərinə götürərək, məhsulun nəqlindən başlayaraq, son istifadəçiyə qədər  çatdırılmasını, eləcə də  malların saxlanılması, qapıdan-qapıya çatdırılmasını təmin edir. Mərkəzin xarici əlaqələr üzrə mütəxəssisi Jalə Rzayeva isə müəssisənin MDB, Avropa, Yaxın və Orta Şərq ölkələrinə daşıma üzrə 3-cü şəxs logistikası xidmətləri təklif etdiyini, həmçinin anbarlar, paylama terminalları, nəqliyyat və intellektual idarəetmə sistemləri ilə bağlı əlavə xidmətlər təklif etdiyini  diqqətə çatdırıb.

Sonra tələbələr Logistika Mərkəzinin laboratoriyası ilə tanış olublar. Laboratoriyanın müdiri Yusif Hacıyev qeyd edib ki, burada ən yeni texnologiyalara əsaslanan müayinələrin dəqiqlik dərəcəsi 91-93% təşkil edir. Kompleksə saxlama üçün veriləcək məhsulların əvvəlcə laborator analizlə keyfiyyəti yoxlanılır, yararlı olub-olmadığı müəyyənləşdirilir. Beləliklə ən əsas risklərdən birinin - saxlanılacaq məhsulun xarab olmasının qarşısı alınır. Aparılan laborator analizlər sayəsində region sahibkarları becərdikləri məhsulların mövcud standartlara nə dərəcədə uyğun olmasını, ixraca yararlılığını da əvvəlcədən öyrənirlər.

Daha sonra Mərkəzin texnoloqu Arzu Şıxlı tələbələri saxlanma soyuducuları ilə tanış edib. O qeyd edib ki, mərkəzdəki ümumi həcmi 24.000 ton olan 71 soyuducu kamera bütün növ məhsulları uzun müddət və keyfiyyətli saxlamağa imkan verir. Səfər zamanı tələbələrin çoxsaylı sualları mütəxəssislər tərəfindən geniş cavablandırılıb.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov