Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/10/15 : 9-11 oktyabr 201

Xəbərlər

UTECA ilə Mingəçevir Tekstil MMC arasında əməkdaşlığın təməli qoyulub
Dərc edən: Admin Tarix: 2018-05-23

Azərbaycan Texnologiya Universiteti (UTECA) daha bir istehsalat müəssisəsi ilə əməkşdaşlığa başlayır. Mingəçevir Tekstil MMC ilə universitet arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bununla bağlı UTECA-da iki qurumun rəhbərləri arasında keçirilən görüşdə rektor, professor Akif Süleymanov qeyd edib ki, universitet mütəxəssis hazırlığı profilinə uyğun sahələrdə fəaliyyət göstərən sənaye müəssisələri ilə əməkdaşlıqda həmişə maraqlıdır. Məqsəd müəssisələri kadr hazırlığı prosesində iştiraka cəlb etməklə onların tələblərinə uyğun məzunlar hazırlamaqdır. Rektor bildirib ki, UTECA artıq bir neçə bu cür sənaye müəssisəsi ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq edir. Yüngül sənaye mühəndisliyi də universitetin baza ixtisaslarından olduğu üçün bu sahədə fəaliyyət göstərən Mingəçevir Tekstil MMC ilə əməkdaşlıq böyük perspektiv vəd edir.

Mingəçevir Tekstil MMC-nin icraçı direktoru Mehman Hüseynov da rəhbərlik etdiyi müəssisə haqqında məlumat verib. O, bildirib ki, tezliklə yüngül sənaye sektorunun ən aparıcı müəssisələrindən biri olmağı qarşısına məqsəd qoyan istehsalat sahəsi də təhsil ocaqları ilə əməkdaşlığı zəruri hesab edir. İxtisaslı kadrların tapılması ilə bağlı ortaya çıxan çətinlik, mövcud əməkdaşların ixtisas təlimlərinə cəlb olunması ehtiyacı universitet-sənaye əlaqələri prosesinə qoşulmağı zəruri edir. Məhz buna görə də bu gün təməli qoyulan UTECA- Mingəçevir Tekstil MMC əməkdaşlığının genişləndirilməsi hər iki tərəf üçün böyük səmərə verə bilər.

Sonra UTECA ilə Mingəçevir Tekstil MMC arasında əməkdaşlıq memorandum imzalanıb. UTECA-nın rektoru Akif Süleymanov və Mingəçevir Tekstil MMC-nin icraçı direktoru Mehman Hüseynov tərəfindən imzalanan memorandum iki müəssisənin təcrübə və imkanlarından ortaq istifadə etməklə elmi-praktik əlaqələrin genişləndirilməsini, birgə tədqiqat işlərinin aparılmasını, kadr hazırlığı prosesində əməkdaşlığın təmin edilməsini nəzərdə tutur.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov