Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/10/15 : 9-11 oktyabr 201

Xəbərlər

UTECA-dan 750 gənc məzun olub
Dərc edən: Admin Tarix: 2018-05-29

Azərbaycan Texnologiya Universitetində (UTECA) növbəti Məzun günü keçirilib. Sayca 42-ci buraxılışı olan universitetin bu ilki məzun sayı  750 nəfər olub. Məzun günündə universitetin rəhbərliyi, professor-müəllim heyəti və valideynlərlə yanaşı Gəncə və ətraf bölgədə yerləşən məktəblərin  11-ci sinif şagirdləri də iştirak edib. Qonaqlar əvvəlcə universitetin həyətində təşkil olunan sərgilərlə tanış olublar.

Tədbiri açıq elan edən UTECA-nın rektoru, professor Akif Süleymanov məzunlara gələcək həyat və karyeralarında uğurlar arzulayıb. O qeyd edib ki, universitet rəhbərliyi ötən dövr ərzində gənclərin daha yaxşı kadr kimi hazırlanması üçün bütün zəruri addımları atıb: şəffaf təhsil mühiti yaradılıb, univesitetin maddi-texniki bazası zənginləşdirilib, tədrisin keyfiyyəti yüksəldilib. Universitet-sənaye əlaqələrinin effektiv modelini yaratmaqla tələbələrin təhsil illərindən praktik biliklər qazanması təmin olunub. Mübadilə proqramları isə onlara xarici universitetlərdə təhsil prosesinə qoşulmaq imkanı qazandırıb. Rektor məzunları ölkəmizin inkişafı üçün əzmlə çalışmağa, fəal vətəndaş mövqeyi tutmağa və bitiridikləri universitetin ən layiqli təbliğatçısı olmağa çağırıb.

Daha sonra çıxış edən prorektorlar, dekanlar, valideynlər və digər qonaqlar da məzunları təbrik edərək onlara  gələcək karyeralarında uğurlar arzu ediblər.

Tədbirin davamında təhsil aldığı illər ərzində fərqlənən fəal tələbələrə, həmçinin UTECA tərəfindən məktəblilər arasında keçirilmiş olimpiadalarda uğurlu nəticə göstərən şagirdlərə fəri fərman və təşəkkürnamələr təqdim edilib. Azərbaycan bayrağı xüsusi mərasimlə səhnəyə gətirilib.

Sonda incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təşkil olunub. Tanınmış müğənni Şəbnəm Tovuzlunun ifaları mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb. 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov