Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/10/15 : 9-11 oktyabr 201

Xəbərlər

Elmi Şurasının 9 saylı iclası keçirilib
Dərc edən: Admin Tarix: 2018-05-31

Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın 9 saylı iclası keçirilib. Gündəliyə daxil olan 3 məsələ müzakirə edilib:

   1. Universitetdə buraxılış işləri, magistr dissertasiyalarının yerinə yetirilməsinin və dövlət imtahanlarına hazırlığın vəziyyəti barədə.

   2. Tələbə və müəllim mübadiləsi proqramlarının icra vəziyyəti barədə.

   3. Müxtəlif məsələlər.

       Elmi Şuranın sədri, universitetin rektoru, professor Akif Süleymanov iclası açıq elan etdikdən sonra dosent Tahir Abbasovu 70 və dosent Tofiq Mirzəyevi 60 illik yubileyləri münasibətilə təbrik edib, universitetin inkişafında onların əməyini yüksək qiymətləndirib.

     1-ci məsələ barədə çıxış edən Tədris şöbəsinin müdiri Piri Axundov əyani və qiyabi şöbədə təhsillərini başa vuran 795  tələbədən 24 nəfərinin buraxılış işləri və magistr dissertasiyalarının müdafiəsinə buraxılmamasını bildirib. Qeyd edib ki, bütün fakültələrdə uxtisaslar üzrə neçə nəfərin buraxılış işi işləməsi, neçə nəfərin dövlət imtahanı verməsi və neçə nəfərin magistr dissertasiyası müdafiəsinə buraxılması əvvəlcədən dəqiqləşdirilib. Bu da məzunların ümumilikdə tədris ilinin son mərhələsinə hazırlığın vəziyyəti barədə aydın təsəvvür yaradır.

     2-ci məsələ - tələbə və müəllim mübadiləsi proqramlarının icra vəziyyəti haqqında Elm və xarici əlaqələr mərkəzinin direktoru Tacəddin Bayramov hesabat verib. O, 2017-2018-ci tədris ilində 21 ölkənin 74 universiteti ilə əlaqə yaradıldığını, universitetimizin Avropa Birliyi portalının üzvlüyünə qəbul edilməsini və Erasmus+ layihəsinin kordinatoru olmasını diqqətə çatdırıb. Sonra tələbə və müəllim mübadiləsinin Erasmus+ Mübadilə Proqramı, Mövlana Mübadilə Proqramı, ikitərəfli müqavilələr əsasında mübadilə,xaricdə təcrübə proqramları, xarici ölkə səfirlikləri ilə əlaqələr, beynəlxalq ixtisasartırma təlimləri, beynəlxalq elmi tədqiqat proqramları, əcnəbi tələbələrin qəbulu, elmi jurnallarda məqalələrin çap etdirilməsi, KOSİA (Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi) ilə əməkdaşlıq, beynəlxalq elmi konfranslar və xaricdə təhsil imkanları çərçivəsində həyata keçirildiyini bildirib və indiyədək bu sahədə əldə edilən uğurlardan danışıb.

     Elm və texnika üzrə prorektor, dosent Səbuhi Yusifov Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən universitetdə yeni strukturların məqsədi və funksiyalarının dəqiq müəyyən edilməsi üçün 8 nəfərdən ibarət komissiyanın yaradılması və bu komissiyanın Davamlı İnkişaf və Təhsil Texnologiyaları Mərkəzinin, İdman klubunun, Keyfiyyətin təminatı şöbəsinin səmərəli fəaliyyəti üçün təkliflərini təqdim edib.

   Tədris-metodiki şuraya da­xil olmuş tədris vəsaitləri ba­rədə Ulduz Babayeva çıxış edib.    

 

  

       

  

       

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov