Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

UTECA startapları əqli mülkiyyətə dair beynəlxalq konfransda böyük maraqla qarşılanıb
Dərc edən: Admin Tarix: 2018-06-07

Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Təhsil Nazirliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Avrasiya Patent Təşkilatının birgə əməkdaşlığı ilə “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans çərçivəsində təşkil olunan startap sərgisində Azərbaycan Texnologiya Universiteti (UTECA) tərəfindən təqdim olunan 3 yeni layihə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ali məktəblərin rektorları, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, elm və təhsil ictimaiyyəti təmsilçilərinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov, ÜƏMT-in baş direktoru Frensis Qarri, Avrasiya Patent Təşkilatının prezidenti xanım Saule Tlevlessova, AMEA-nın prezidenti Akif Əlizadə, təhsil naziri Ceyhun Bayramov çıxışlarda qeyd ediblər ki, rəqabətə davamlı innovasiya iqtisadiyyatının formalaşmasında bu cür tədbirlərin rolu böyükdür. Çünki innovasiya prosesi yeniliklərin yaradılması, mənimsənilməsi və bazara çıxarılması mərhələlərində əqli mülkiyyətin iştirakını özündə ehtiva edir.

Sonra tədbir iştirakçıları universitetlər tərəfindən yaradılmış startaplar və onların nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar. UTECA tərəfindən sərgiyə çıxarılan 3 layihənin hər biri tədbir iştirakçılarının böyüq marağı ilə qarşılanıb. Qeyd olunub ki, universitetin Qida mühəndislyi fakültəsinin dekanı Mərdan Tağıyev tərəfindən hazırlanan balqabaq çörəyi həm zəngin komponentləri, həm də saxlama müddətinin uzun  olması ilə diqqət çəkir. Tələbələrin “Ot milk” layihəsi isə çərəz və bitkilərdən qeyri-heyvan mənşəli südün hazırlanmasını nəzərdə tutur ki, bu məhsul da veqanlar üçün enerji dəyəri yüksək bir qida maddəsi hesab oluna bilər. Bu süd həmçinin tərkibində kimyəvi qatqının olmaması, müalicəvi əhəmiyyəti, allergik təsir bağışlamaması, adi südü əvəz edə bilməsi, saxlama müddətinin uzun olması və zəngin tərkibi ilə də fərqlənir. Çürümüş meyvələr və alaq otlarından təbii gübrə hazırlanmasını nəzərdə tutan “Kərənti” layihəsi haqqında məlumat da sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. Qeyd olunub ki, bu gübrə məhsuldarlığı artırmağa və suya 40% qənaət etməyə imkan verir. Hər 3 məhsul tullantısız texnologiya ilə hazırlanır.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov