Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

Milli Qurtuluş Günü qeyd edilib
Dərc edən: Admin Tarix: 2018-06-20

Azərbaycan Texnologiya Universitetində (UTECA) 15 iyun - Milli Qurtuluş Günü qeyd edilib. Tədbirdə Azərbaycanda 25 il əvvəl baş verən hadisələrə, onların dövlətçiliyimizin xilasındakı roluna nəzər salınıb.

Tədbirdə əvvəlcə professor-müəllim heyətinin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra giriş sözü ilə UTECA-nın rektoru, professor Akif Süleymanov çıxış edib. Bildirib ki, ölkəmizin tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi əhəmiyyətə malik bir gündür. Çünki Ümummilli lider  Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması əsl zəfər idi. Rektor qeyd edib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonrakı ilk dövrdə dövləti layiqincə idarə edəcək, xalqı bir yerə cəm edəcək lider yox idi. Yaranan hərbi, siyasi və sosial böhran ölkəni bu bəlalardan xilas edəcək qüdrətli liderə ehtiyac olduğunu göstərirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, bu missiyanı yerinə yetirəcək yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. 1993-cü ilin yayında xalqın xahiş və tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkədə yaranmış siyasi böhranın həllinə, hərtərəfli inkişafın vüsət almasına imkan yaratdı. 25 il əvəl "olum, ya ölüm" ayrıcında qalan Azərbaycan Heydər Əliyevin əzmli fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. Rektor tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan bu gün beynəlxalq və regional layihələrdə, təşkilatlarda həlledici söz sahibidir. Beynəlxalq reytinqlərdə hər il ön sıralara doğru irəliləyir. Dünya ölkələri Azərbaycanı tolerantlıq nümunəsi kimi göstərir. Ölkəmiz dünyada baş verən bütün sahələrdəki böhrandan kənardadır. Azərbaycanla əməkdaşlıq aparıcı ölkələrin marağındadır.

Daha sonra çıxış edənlər vurğulayıb ki, 1997-ci ilin 27 iyununda xalqın arzusu və Milli Məclisinin qərarı ilə 15 iyun Azərbaycanda  Qurtuluş günü kimi rəsmiləşdirildi. Çünki məhz Azərbaycanın azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi həmin tarixi məqamda Heydər Əliyev ölkə rəhbərliyinə qayıtmaqla milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etdi, qurtuluşumuzun təməlini atdı. Bu gün isə Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov