Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/07/05 : Azərbaycan Texnologiya Universitetind

Xəbərlər

Silahlı Qüvvələr Günü qeyd edilib
Dərc edən: Admin Tarix: 2018-06-25

Azərbaycan Texnologiya Universitetinin (UTECA) kollektivi Silahlı Qüvvələr Günü münasibətilə dəyirmi masa arxasına toplaşıb. Müharibə veteranı olan əməkdaşların da iştirak etdiyi tədbirdə iştirakçılar əvvəlcə universitetin ərazisindəki Şəhidlər abidəsini ziyarət ediblər. Sonra tədbir Azərbaycan Silahlı Qüvvələrinin tarixinə və hazırki vəziyyətinə həsr olunan videoçarxın nümayiş etdirilməsi ilə başlayıb.

Universitetin rektoru, professor Akif Süleymanov hər kəsi Silahlı Qüvvələr Günü münasibətilə təbrik edərək bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublika Azərbaycanda qurulub və bir ay sonra - 26 iyun tarixində silahlı qüvvələr yaranıb. Bu, cəmi iki il çəkib və 1920-ci ildə Azərbaycan işğal edilib. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra silahlı qüvvələrin də yenidən əsası qoyulub. Silahlı Qüvvələr Günü artıq 20 ildir ki, ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixə düşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Təsadüfi deyil ki, 100 illiyini qeyd etdiyimiz Azərbaycan ordusunun adı artıq dünyanın ən güclü orduları sırasında çəkilir. Aprel döyüşləri isə bir daha sübut etdi ki, ordumuzun maddi-texniki bazası hər il daha da genişləndirilir, müasir texnika və hərbi sursatlatlarla təchiz edilir. Ölkədə hərbi sənaye, hərbi təhsil inkişaf etdirilir.

Rektor bildirib ki, bu əlamətdar tarixi gündən ən böyük qürur və sevinc hissi torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına vuruşmuş veteranlara düşür. Onların xidmətləri ölkəmizdə hər zaman dövlət səviyyəsində qiymətləndirilir, sosial təminat və qayğıları diqqət mərkəzində saxlanılır.

Daha sonra veteranlara UTECA tərəfindən pul mükafatları təqdim olunub. Veteranlar göstərilən diqqət və qayğıya görə rəhbərliyə minnətdarlıq ediblər. Bildiriblər ki, yaş və sağlamlıq vəziyyətlərindən asılı olmayaraq zərurət yaranarsa istənilən zaman yenidən torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atılmağa hazırdırlar.

Tədbirin sonunda UTECA tələbələri vətənpərvər musiqi proqramı ilə çıxış ediblər.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov