Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

UTECA heyəti Avropa Komissiyasının "ERASMUS+" layihəsi ilə bağlı təlimlərdə iştirak edir
Dərc edən: Admin Tarix: 2018-06-26

Azərbaycan Texnologiya Universitetinin (UTECA) tədris işləri üzrə prorektoru dosent Vüqar İsmayılov, elm və texnika üzrə prorektoru dosent Səbuhi Yusifovun rəhbərlik etdiyi heyət Avropa Komissiyasının "Keyfiyyətə Nəzarət və Qiymətləndirmə Mərkəzinin yaradılması və inkişafı - ERASMUS+" layihəsi çərşivəsində keçirilən 4 günlük təlimlərə qatılıb. Bakı Biznes Universitetinin təşkilatçılığı ilə baş tutan təlimdə sözügedən qalib layihənin tərəfdaşı olan olan 10 universitetin nümayəndələri iştirak edir.

Təlimlərin əsas mövzusu layihənin tərəfdaşı olan universitetlərdə keyfiyyət təminatı ilə bağlı hazırki vəziyyətin və prespektiv planların müzakirəsidir. Eləcə də layihəyə uyğun olaraq ali təhsil ocaqlarında Keyfiyyətə Nəzarət və Qiymətləndirmə Mərkəzlərinin yaradılması və inkişafı planı üzrə atılacaq addımlar ətraflı təhlil olunur.

Qeyd edək ki, Avropa Komissiyası tərəfindən bu il qalib olmuş beynəlxalq "ERASMUS+" layihəsinin tərəfdaşları arasında Azərbaycanın 10 universiteti ilə yanaşı xarici partnyorlar - Litva Sosial Elmlər Kolleci, İspaniyanın Alikante Universiteti, İsveç Texniki Universiteti və Birləşmiş Krallıq Universiteti də var.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov