Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/11/17 :  

Xəbərlər

UTECA “Azərbaycan Universitetləri” sərgisində
Dərc edən: Admin Tarix: 2018-06-28

Azərbaycan Texnologiya Universiteti (UTECA) Bakıda “Azərbaycan universitetlərinin tanıtımı” layihəsi çərçivəsində keçirilən sayca 2-ci sərgidə iştirak edib. “Hədəf” Liseyinin təşkilatçılığı ilə baş tutan sərgidə universiteti Məzun koordinasiya və təcrübə-karyera şöbəsinin müdiri Fuad Bayramovun rəhbərlik etdiyi heyət təmsil edib.

UTECA əməkdaşları və tələbələr universitetin stendində sərgi iştirakçılarına, abituriyentlərə və valideynlərə ali təhsil ocağı haqqında geniş məlumat veriblər.

Abituriyentlərin universitet və ixtisas seçmə məsələsində üzləşdikləri çətinlikləri aradan qaldırmaq, onların suallarını cavablandırmaq məqsədilə keçirilən sərgidə UTECA-nın tələbələr üçün yaratdığı imkanlar, müsabiqə balı 150-yə salınmış və bu ildən alınmış ixtisasları, rektor təqaüdü, beynəlxalq tədris proqramları və layihələri haqqında məlumatlandırıb. Eyni zamanda  universitetin maarifləndirici çap materialları sərgi iştirakçılarına təqdim olunub.

 

 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov