Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/11/17 :  

Xəbərlər

UTECA Türkiyənin Boğaziçi Universiteti ilə birgə layihəyə başlayır
Dərc edən: Admin Tarix: 2018-06-29

Azərbaycan Texnologiya Universiteti (UTECA) tədrisin səviyyəsinin müasir standartlara uyğunlaşdırılması məqsədilə növbəti beynəlxalq əməkdaşlığa başlayır. UTECA bu dəfə Türkiyənin Boğaziçi Universiteti ilə birgə layihə üzərində işləyir. Məsələ ilə bağlı Boğaziçi Universitetinin Ömürböyu yaşam mərkəzinin nümayəndələri UTECA-da olublar. UTECA-nın rektoru, professor Akif Süleymanov  qonaqlara universitetlə bağlı məlumat verərək burada qida, yüngül sənaye, logistika, metallurgiya və İKT üzrə  müasir standartlara cavab verən kadrlar yetişdirildiyini, mütəxəssis hazırlığı məsələsində ölkənin iqtisadi siyasətinə uyğun addım atıldığını, gələcəkdə hərbi, tibbi, kosmik sahələr üzrə də mühəndis və texnoloqların yetişdirilməsinin planlaşdırıldığını deyib.

Layihənin detallarının müzakirəsi zamanı Boğaziçi Universitetinin nümayəndələri Söner Şahan və İşıl Keskin Şahan bildiriblər ki, bu əməkdaşlıq Azərbaycan universitetləri üçün ilk hesab edilir və reallaşdırılması üçün məhz UTECA-nın seçilməsi heç də təsadüfi deyil. Layihə çərçivəsində tələbə, müəllim və professor heyəti müxtəlif təlimlərə cəlb ediləcək. Bundan başqa UTECA-da beynəlxalq akkreditasiyalı xüsusi mərkəz yaradılacaq. Hazırlıq keçən kadrlara xüsusi sertifikatlar veriləcək. Mühəndislik, turizm və sair ixtisaslar üzrə beynəlxalq sertifikatları tək UTECA-nın tələbələri deyil, istənilən müvafiq ixtisaslı kadr da əldə edə biləcək. Məqsəd kadların təcrübəsini qiymətləndirmək, onların iş tapmaq imkanlarını daha genişləndirməkdir. Müzakirələr nəticəsində layihənin həyata keçirilməsinin sürətləndirmək üçün tezliklə işçi qrupun yaradılması barədə razılığa gəlinib. 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov