Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

UTECA İsveçrənin “RİETER” şirkəti ilə təhsil mərkəzi yaradır
Dərc edən: Admin Tarix: 2018-07-04

Azərbaycan Texnologiya Universiteti əməkdaşlıq etdiyi müəssisələrin coğrafiyasını genişləndirir. UTECA yüngül sənaye sahəsində nüfuza sahib, Mingəçevir Tekstil Fabrikini ən son yüngül sənaye avadanlıqları ilə təchiz edən Avropa şirkəti ilə birgə təhsil mərkəzi yaradır. Lahiyə ilə bağlı tərəflər arasında ilkin danışıqlar aparılıb. İlkin mərhələdə İsveçrənin “RİETER” şirkəti tərəfindən Mingəçevir Tekstil Fabrikində UTECA tələbələri üçün tam təchizatlı laboratoriyanın yaradılması nəzərdə tutulur. UTECA-nın yüngül sənaye mühəndisliyi və maşın mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrindən formalaşdırılacaq qrup həftədə 2 dəfə Mingəçevir Tekstil Fabrikinə təcrübə məşğələlərinə gedəcək. Laboratoriyanın fabrikdə yerləşməsi tələbənin prossesin sonrakı mərhələlərini istehsalatda əyani şəkildə izləyə bilməsinə hesablanlıb.

“REİTER”in nümayəndələri Rolf Uillen və Martin Frehner zəruri, ən son texnologiyalara cavab verən tədris avadanlıqlarını universitetə verməyə və onlarla bağlı bütün praktik təlimləri keçməyə hazır olduqlarını bildiriblər. Görüşdə iştirak edən Türkiyənin “TEMSAN” şirkətinin baş direktoru Cem Erdoğrul isə qeyd edib ki, təmsil etdiyi şirkət bu cür sənaye müəssisələrini yardımçı avtomatlaşdırıcı qurğular ilə təchiz etməklə məşğuldur. Şirkət həmçinin ali təhsil müəssisələrində yüngül sənaye ixtisasları ilə bağlı tədris prosseslərinə də dəstək verir. Türkiyənin Ege Universitetində bu təcrübəni tətbiq etdiklərini deyən “TEMSAN” rəsmisi UTECA üçün də anoloji addımı atmağa, laboratoriyanı yardımçı qurğularla təmin etməyə hazır olduqlarını bildirib.

Mingəçevir Tekstil Fabrikinin icraçı direktoru Mehman Hüseynov isə rəhbərlik etdiyi müəssisəyə bu sahə üzrə ixtisaslı, müasir texnoloji prosses və avadanlıqlara bələd kadrlar lazım olduğunu, buna görə də layihəyə hər cür dəstək göstərməyə hazır olduqlarını deyib. UTECA-nın elm və texnika üzrə prorektoru Səbuhi Yusifov, Davamlı inkişaf və təhsil texnologiyaları mərkəzinin direktoru Fədai Əfəndiyev layihə çərçivəsində tədris proqramlarının məzmununun təlim işlərinə uyğunlaşdırılacağını bildiriblər. Görüş zamanı tərəflər arasında UTECA-nın tələbə və müəllim heyətinin İsveçrəyə, “RİETER” şirkətinə əlavə təlimlərə gedəcəyinə dair ilkin razılıq da əldə olunub.  

 
Yuxarı
  • Developed by: Ayaz Askerov