Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

UTECA-nın alimlərinin 3 məqaləsi “Thomson Reuters”in jurnallarında dərc olunub
Dərc edən: Admin Tarix: 2018-07-05

Azərbaycan Texnologiya Universitetinin (UTECA) Qida mühəndisliyi fakültəsində fəaliyyət göstərən Qida mühəndisliyi və ekspertiza kafedrasının professor-müəllim heyətinin 3 məqaləsi “Thomson Reuters” beynəlxalq elmi bazasının impakt faktorlu jurnallarında işıq üzü görüb. “Xurma meyvəsinin müxtəlif üsullarla saxlanmasının kimyəvi tədqiqi” və “Balqabaq, itburnu və xurmadan kupaj üsulu ilə şirə istehsalı texnologiyalarının tədqiqi” başlıqlı məqalələr Polşada, dünyanın ən qədim elmi jurnallarından olan “SYLVAN”da (162/4-6) dərc edilib. Portuqaliyanın paytaxtı Lissabonda “Ciencia e Tecnica” elmi nəşrində yayımlanan daha bir məqalə isə çörəyin keyfiyyət göstəricilərinin yüksəldilməsi yololarından bəhs edir. B.e.d., prof. Əhəd Nəbiyev, t.f.d. Mərdan Tağıyev, t.f.d. Afət Qasımova, t.f.d. Ulduz Babayeva və assistent Sevda Qurbanovanın həmmüəllif olduqları bu məqalələrdə elm aləminə əhəmiyyətli yeniliklər təqdim olunur. Ümumilikdə 2017/18-ci tədris ilində Qida mühəndisliyi və ekspertiza kafedrasının komandasının beynəlxalq miqyasda 40-a yaxın tezis və məqaləsi işıq üzü görüb.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov