Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/11/17 :  

Xəbərlər

Elmi Şuranın yekun iclası keçirilib
Dərc edən: Admin Tarix: 2018-07-05

Azərbaycan Texnologiya Universitetində (UTECA) Elmi Şuranın 10 saylı iclası keçirilib. Əvvəlcə UTECA-nın rektoru, professor Akif Süleymanov Şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb. Sonra Mehriban Aslanovanı fəlsəfə doktoru elmi dərəcəsini alması,  Hüseyn Budaqovu isə 70 illik yubileyi münasibətilə kollketiv adından təbrik edib.

Sonra 2018/2019-cu tədris ilinin birinci yarımili üçün uni­ver­sitet Elmi Şurasının iş planının müzakirəsi aparılaraq açıq səsvermə yolu ilə təs­diq edilib. Avtomatika, telekommunikasiya və informatika, eləcə də İqtisadiyyat və idarəetmə fakültələrinin he­sa­batları dinlənilib. Toplantı iştirakçılarını universitetdə qəbul planının vəziyyəti ilə tədris işləri üzrə prorektor Vüqar İsmayılov tanış edib. Daha sonra Akif Süleymanov 2017/2018-ci tədris ilində UTECA-nın fəaliyyəti və perspektiv inkişafı  haqqında çıxış edib. Tədris vəsaitlərinin təsdiqi, doktorantların dissertasiya mövzularının və rəhbərlərinin dəyişdirilməsi  kimi  müxtəlif məsələlər müzakirəyə çıxarılaraq təsdiq olunub.

 

 

 

 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov