Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/12/14 : Azərbaycan Texnologiya Un

Xəbərlər

UTECA BMT-nin dəstəklədiyi layihənin yeni fazasına keçir
Dərc edən: Admin Tarix: 2018-07-19

Azərbaycan Texnologiya Universiteti (UTECA) Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə birgə elmi tədqiqat işlərinin yeni mərhələsinə hazırlaşır.

Bununla bağlı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun layihə koordinatoru Marina Frontasyeva UTECA-nın rektoru, professor Akif Süleymanovun qəbulunda olub. Söhbət zamanı tərəflər arasında əlaqələrin 2015-ci ildən başlandığı, bu müddət ərzində əhəmiyyətli nəticələr əldə edildiyi bildirilib. 3 il ərzində Göygöl və Daşkəsən rayonlarından nümunələr toplanaraq Dubna şəhərinə Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna göndərilib. Orada analizlər aparılıb, sənayenin ətraf mühitə təsiri, atmosferdə ağır metalların miqdarı müəyyən edilib. Qeyd olunub ki, Göygöldə nəticələr yolverilən normalara yaxın olub, Daşkəsən rayonunda isə havada ağır metallar müəyyən edilib ki, bu da həmin rayonda sənaye müəssisələrinin mövcud olması ilə bağlıdır.

Akif Süleymanov hazırda Gəncədə səyane müəssisələrinin müasir ekoloji tələblərə cavab verdiyini, lakin buna bir daha əmin olmaq üçün atmosfer havasının vəziyyətinin müəyyən edilməsinin vacib olduğunu bildirib. Danışıqlar zamanı BMT-nin dəstəyilə həyata keçirilən layihənin Gəncə və Mingəçevirdə də reallaşdırılmasına dair razılıq əldə edilib. Bunun üçün UTECA-nın tələbə, magistr, elmi işçi, professor-müəllim heyətindən ibarət geniş işçi qrup yaradılacaq. Şəhərdə, xüsusilə də istehsal müəssisələri ətrafında mövcud ekoloji vəziyyət qiymətləndiriləcək. Götürülən nümunələr Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna göndəriləcək. Atmosfer havasında ağır metallar bioindikatorlar vasitəsilə təyin ediləcək. Sonda UTECA Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə atmosfer havasının vəziyyətinə dair xəritə hazırlayacaq.

 

 

 

 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov