Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/11/17 :  

Xəbərlər

Tələbə adını qazanan bütün abituriyentləri təbrik edirik !
Dərc edən: Admin Tarix: 2018-08-21
  • Azərbaycan Texnologiya Universitetinə (UTECA) qəbul olan tələbələrin qeydiyyatı 16 avqust (bayram günləridə daxil olmaqla) 2018-ci il tarixindən 28 avqust 2018-ci il tarixinə qədər aparılacaq.
  •  
  • Universitetdə qeydiyyatdan keçməyə gələn tələbələr aşağıdakı sənədləri təqdim etməlidirlər:
  •  
  • 1. Ali, orta ixtisas və ya orta təhsili haqqında sənədin əsli (attestat və ya diplom);
  •  
  • 2. Şəxsiyyət vəsiqəsinin surəti – 3 ədəd;
  •  
  • 3. Təhsil haqqının ödənilməsi haqqında qəbz və 2 ədəd surəti (ödənişli əsaslarla qəbul olanlara aiddir, ödəniş “Kapital Bank”da həyata keçirilir);
  •  
  • 4. Hərbi mükəlləfiyyət haqqında sənədin surəti – 2 ədəd;
  •  
  • 5. 6 ədəd 3x4 sm ölçüdə şəkil;
  •  
  • 6. 1 ədəd qovluq

 

Qeyd: qeydiyyat bayram və şənbə günləri də davam edəcək

    a
 
Yuxarı
  • Developed by: Ayaz Askerov