Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/11/17 :  

Xəbərlər

Uteca tələbələri Türkiyəyə yola salındı
Dərc edən: Admin Tarix: 2018-09-14

Azərbaycan Texnologiya Universiteti (UTECA) Mevlana Mübadilə Proqramı çərçivəsində Türkiyə universitetləri ilə əməkdaşlıq edir. Hər il UTECA-nın müəllim və tələbələri Türkiyə universitetlərində mübadilə proqramlarında iştirak edirlər.

2018-2019 tədris ilində daha 11 tələbə və 6 müəllim mübadilədə iştirak hüququ əldə edib.

İlkin olaraq 5 UTECA tələbəsi payız semestrində Mevlana Mübadilə proqramı ilə təhsil almaq üçün Türkiyəyə yola salınıb. Azərbaycan Texnologiya Universitetinin rektoru prof. Akif Süleymanov həmin tələbələrlə görüşüb, onlara xeyir dua verib və uğurlar arzulayıb. Tələbələr Türkiyənin İstanbul Universiteti, Karadeniz Texniki Universiteti, Ordu Universiteti və Manisa Celal Bayar Universitetlərində təhsil alacaqlar.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov