Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/11/17 :  

Xəbərlər

UTECA-da Elmi Şuranın 1 saylı iclası keçirilib
Dərc edən: Admin Tarix: 2018-09-13

Azərbaycan Texnologiya Universitetində (UTECA) Elmi Şuranın ilk iclası keçirilib. İclası giriş sözləri ilə açan universitetin rektoru professor Akif Süleymanov iştirakçılara yeni tədis ilində müvəffəqiyyətlər arzulayıb, universitetin əməkdaşı Sevda Qurbanovanı fəlsəfə doktoru elmi dərəcəsi alması münasibəti ilə təbrik edib.

Sonra tədris işləri üzrə prorektor Vüqar İsmayılov magistr və bakalavr təhsil pilləsi üzrə 2018/2019-cu tədris ilində universitetin birinci kursuna tələbə qəbulunun yekunu və qarşıda duran vəzifələr haqda danışıb. Bildirib ki, 4 nəfər 500 baldan çox toplayıb. Ən yüksək göstərici 562 bal olub. 344 abituriyent ixtisas seçimi zamanı ilk yerdə UTECA-nı qeyd edib. Ümumi qəbul göstəricisi 75% olub. 60 nəfər isə UTECA-da magistraturaya qəbul olub.

Daha sonra tədris şöbəsinin müdiri Piri Axundov yay imtahan sessiyasının nəticələri haqqında danışıb. Məlum olub ki, müvəffəqiyyət göstəricisi 71,2% olub.

Elm və texnika üzrə prorektor Səbuhi Yusifov mübadilə imkanları və beynəlxalq layihələrə dair məlumatlar verib. Qeyd olunub ki, Azərbaycan Texnologiya Universiteti 2018-ci ildə Avropa Birliyinin qrant ayırdığı 10 layihədə partnyor, bir layihədə isə koordinator kimi müraciət edib. Avropa Birliyindən Azərbaycan üzrə cəmi 3 layihəyə qrant ayrılıb ki, onlardan biri də UTECA-nın tərəfdaş olduğu layihədir. 2018-2019 tədris ilində Mevlana Mübadilə Proqramından yararlanmaq üçün müraciət edən 27 UTECA tələbəsindən 11-i  proqrama qatılmaq hüququ qazanıb.

Gündəlikdə olan müxtəlif məsələlər haqda müəyyən müzakirələrin ardından rektor Akif Süleymanov əldə edilən nailiyyətlərin davamlı olacağını, universitetdə təhsilin keyfiyyətinin daha da artacağını və bunun üçün mavafiq işlərin aparıldığını bildirib. Sonda rektor qarşıda duran məsələlər barədə tapşırıqlar verib.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov