Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/10/15 : 9-11 oktyabr 201

Xəbərlər

UTECA-da Bilik Günü qeyd olundu
Dərc edən: Admin Tarix: 2018-09-15

Azərbaycan Texnologiya Universitetində (UTECA) Bilik günü qeyd olunub. Universietin rektoru, professor Akif Süleymanov çıxış edərək professor-müəllim heyəti və tələbələri yeni dərs ili münasibəti ilə təbrik edib. Rektor qeyd edib ki, bu tədris ilində UTECA-ya 765 tələbə qəbul olub. Onların arasında 4 nəfər 500-dən çox bal toplayıb. Emin Axundov - 562 bal, Günel Sadıqova - 553 bal, Murad Hacıyev - 528 bal, Aydın Ələsgərov - 503 bal.

Ən yüksək nəticəni Emin Axundov göstərib. Rektor Akif Süleymanov 562 balla prosseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olan Emin Axundova universitet adından noutbuk hədiyyə edib. Daha sonra tələbə adını yeni qazananlardan yüksək bal toplayanlara tələbə biletləri təqdim olunub. Çıxış edən tələbələr və valideyinlər sevinc və qürur hisslərini dilə gətirib. Sonra tədbir bədii hissə ilə davam edib.

Azərbaycan Texnologiya Universitetində tələbələr 23 ixtisas üzrə təhsil alırlar. UTECA ən nüfuzlu sənaye müəssisələri ilə əməkdaşlıq edərək gələcək mütəxəssisləri əmək bazarının tələblərinə uyğun yetişdirir, təsil müddətində tələbələrin istehsalata inteqrasiyasını təmin edir, nəticədə məzunların işlə təmin olunması daha əlçatan olur. Port of Baku, Şəmkir Logistika Mərkəzi, Azercell, Gəncə və Mingəçevir tekstil fabrikləri, Detal Alüminium kompleksi, Azgranata Şirə və şərab emalı zavodu, Palsüd və Atena süd zavodları kimi onlarla müxtəlif müəssisələr buna misaldır.


 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov