Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/12/14 : Azərbaycan Texnologiya Un

Xəbərlər

UTECA “Unibook”a qoşuldu
Dərc edən: Admin Tarix: 2018-09-20

Azərbaycan Texnologiya Universitetində (UTECA) “Unibook” – təhsilin informasiya idarəetmə sisteminin tətbiqinə başlanılıb. “Unibook” vasitəsilə tələbələr avtomatlaşdırılmış, vahid informasiya mühitində istənilən fənn üzrə materiallar əldə edəcək, müəllimlərin mühazirələri ilə tanış olacaqlar. Portal tələbələrə universitetin laboratoriya komplekslərinə daxil olub öz laborator işlərini aparmaq imkanı da verir. Sistemdə universitet haqqında bütün məlumatlar, dərs cədvəlləri, fənn proqramları, elektron vəsaitlər yerləşdiriləcək. Elektron universitet sistemi eyni zamanda şəffaflığı və obyektivliyi təmin edir, valideynlərə nəzarət imkanı yaradır, müəllim və tələbələr üçün vaxt itkisini aradan qaldırır.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov